Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 492 Arxiv
XƏBƏRLƏR
09 Oktyabr, 2026Xəzər Universiteti ilə SunLab MMC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb  
09 Oktyabr, 2026Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva ADA Universitetində keçirilən simpoziumda çıxış edib  
09 Oktyabr, 2026Ümumdünya Quduzluqla Mübarizə Gününə həsr olunmuş tədbir  
08 Oktyabr, 2026Xəzər Universitetinin strateji inkişafında yeni mərhələ: Hidayət Şimşək Direktorlar və Qəyyumlar Şurasının üzvü seçilib  
21 Sentyabr, 2026Əməkdaşlığın yeni perspektivləri  
17 Sentyabr, 2026Yeni dərs ili başladı
17 Sentyabr, 2026Prof.Akad. Hamlet İsaxanlı “KOYA 10” çərçivəsində Bakı şəhərinin tarixinə dair məruzə ilə çıxış edib
03 Sentyabr, 2026Xəzər Universiteti və Károli Qáspár Universiteti arasında əməkdaşlıq genişləndirilir
02 Sentyabr, 2026Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür  
09 Oktyabr, 2026Departament müdiri AnewZ kanalında çıxış edib

Xəzər Universitetinin İT departament rəhbəri telefonların istifadəçiləri necə “izlədiyini” izah edib

Xəzər Universitetinin İnformasiya texnologiyaları departamentinin rəhbəri Fərid Musayev smartfonların istifadəçiləri dinləməsi ilə bağlı geniş yayılmış fikirlər və rəqəmsal izləmə mexanizmləri barədə ekspert fikirlərini bölüşüb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Fərid Musayev bildirib ki, istifadəçilərin müəyyən məhsul və ya mövzu haqqında danışdıqdan sonra həmin mövzu ilə bağlı reklam və paylaşımlarla qarşılaşması telefonların onları dinləməsi təəssüratı yarada bilər. Ekspertin sözlərinə görə, bu hadisənin izahında istifadəçilərin rəqəmsal davranışlarının analiz edilməsi mühüm rol oynayır.

Fərid Musayev qeyd edib ki, telefonun mikrofon vasitəsilə istifadəçini dinləməsi və söhbətləri reklam məqsədilə qeydə alaraq analiz etməsi ilə bağlı birbaşa sübut olunmuş ümumi mexanizm yoxdur. Bununla yanaşı, sosial şəbəkələr və digər rəqəmsal platformalar istifadəçilərin baxışlarını, kliklərini, axtarışlarını, saytlardakı fəaliyyətini və digər davranışlarını analiz edərək, onların gələcək maraqlarını proqnozlaşdıra bilirlər.

Ekspertin sözlərinə görə, istifadəçi hər hansı məhsul barədə danışmasa belə, həmin məhsulla bağlı videoya baxması, şəkillə maraqlanması və ya müvafiq internet səhifəsinə daxil olması alqoritmlər üçün siqnal rolunu oynaya bilər. Yaş, məkan, maraqlar və digər istifadəçi məlumatları ilə birlikdə bu siqnallar əsasında kifayət qədər dəqiq rəqəmsal profil formalaşdırmaq mümkündür.

Fərid Musayev həmçinin, müxtəlif istifadəçilərin məlumatları arasındakı əlaqələrin də reklamların hədəflənməsində rol oynaya biləcəyini vurğulayıb. Məsələn, eyni məkanda olan və oxşar maraqlara malik şəxslərin davranışları sistem tərəfindən əlaqələndirilə və müəyyən məhsul və ya xidmətlə bağlı reklamların digər istifadəçiyə də göstərilməsinə səbəb ola bilər.

Ekspert mikrofon icazələrinin ayrıca diqqət tələb etdiyini bildirib. Onun sözlərinə görə, səsli mesaj və ya video funksiyalarından istifadə edən tətbiqlər mikrofona giriş icazəsi tələb edə bilər və istifadəçilər tətbiqlərə verdikləri icazələri mütəmadi olaraq nəzərdən keçirməlidirlər.

Fərid Musayev qeyd edib ki, istifadəçilərin rəqəmsal fəaliyyəti nəticəsində formalaşan məlumat profili kifayət qədər əhatəli ola bilər. Nəticədə gündəlik söhbətlərdə müzakirə olunan mövzularla sosial şəbəkələrdə qarşıya çıxan reklamların üst-üstə düşməsi insanda telefonun onu dinlədiyi təəssüratını yarada bilər.

Linkə keçid: https://redaktor.az/news/tech/338655-telefon-sizi-dinlemir-bes-nece-olur-ki-ne-dusunduyunuzu-bilir

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026