Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 375 Arxiv
XƏBƏRLƏR
03 Sentyabr, 2026Xəzər Universiteti və Károli Qáspár Universiteti arasında əməkdaşlıq genişləndirilir
02 Sentyabr, 2026Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür  
27 İyul, 2026FAO nümayəndə heyəti Hasvet baytarlıq təbabəti fakültəsində
23 İyul, 2026Azərbaycandan ilk dəfə Xəzər Universiteti  Koalisiyaya üzv oldu  
20 İyul, 2026Xəzər Universitetinin nümayəndə heyəti Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində
20 İyul, 2026Xəzər Universitetinin  55-ci məzunluq mərasimi
20 İyul, 2026“Xəzər”in nümayəndə heyətinin Türkiyədə işgüzar görüşləri
07 İyul, 2026Türkiyənin Atlas Universitetinin rəhbər heyəti ilə görüş  
04 Sentyabr, 2026Psixologiya departamentinin müəllimi Dünya Təhsil Kongresində
03 Sentyabr, 2026İstanbul Gedik Universitetinin nümayəndələri ilə görüş keçirilib  

İT departament rəhbəri saxta “WhatsApp” mesajlarından qorunma yolları barədə

Xəzər Universitetinin İnformasiya texnologiyaları departamentinin rəhbəri Fərid Musayev saxta “WhatsApp” hesablarından istifadə etməklə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı ekspert fikirlərini bölüşüb.

Mövzu ilə bağlı “Report”-a açıqlama verən Fərid Musayev bildirib ki, son dövrlərdə dövlət qurumlarının və müxtəlif təşkilatların əməkdaşlarına rəhbər şəxslərin fotoşəkillərindən istifadə edilməklə yaradılmış saxta “WhatsApp” hesablarından “təcili” xarakterli mesajların göndərilməsi kibertəhlükəsizlik baxımından ciddi risklər yaradır.

Ekspertin sözlərinə görə, əməkdaşların əlaqə məlumatlarının açıq internet resurslarından kütləvi şəkildə toplanmasının qarşısının alınması üçün texniki və təşkilati tədbirlər görülməlidir. Bu məqsədlə bot fəaliyyətinin aşkarlanması, sorğulara limitlərin tətbiq edilməsi, əlaqə məlumatlarının maskalanması və API nəzarətinin gücləndirilməsi kimi mexanizmlərdən istifadə oluna bilər.

Fərid Musayev şübhəli mesajlarla qarşılaşan əməkdaşlara göndərənin kimliyini digər rəsmi kommunikasiya kanalları vasitəsilə yoxlamağı tövsiyə edib. O vurğulayıb ki, rəsmi tapşırıqların şəxsi messencerlər vasitəsilə deyil, korporativ kommunikasiya platformaları üzərindən verilməsi və təşkilatlarda “Sıfır Etibar” (Zero Trust) modelinin tətbiqi kibertəhlükəsizlik risklərinin azaldılmasında mühüm rol oynayır.

Ekspert həmçinin, təşkilatlarda əməkdaşların kibertəhlükəsizlik üzrə davamlı maarifləndirilməsinin vacibliyini qeyd edib. Onun fikrincə, simulyasiya edilmiş fişinq hücumları, mütəmadi təlimlər və şübhəli mesajlar zamanı atılacaq addımları müəyyən edən aydın protokollar mümkün kibertəhdidlərə qarşı hazırlığın gücləndirilməsinə kömək edir.

Linkə keçid: https://report.az/ikt/saxta-whatsapp-mesajlarindan-nece-qorunmaq-olar-ekspert-reyleri

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026