Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 523 Arxiv
XƏBƏRLƏR
26 Noyabr, 2026Xəzər Universitetində Nailəxanım Təqaüdünün təqdimat mərasimi keçirilib  
25 Noyabr, 2026“Khazar Talks-7”: Niderland Krallığının Azərbaycandakı səfirinin iştirakı ilə seminar  
24 Noyabr, 2026“Khazar Talks-8”: bp-nin vitse-prezidenti “Introduction to Energy Geopolitics” mövzusunda seminar keçib
19 Noyabr, 2026Prof.Akad. Hamlet İsaxanlı Türkiyə-Azərbaycan Universitetinin rektoru Nəcibə Nəsibova ilə görüşüb  
19 Noyabr, 2026Prof.Akad. Hamlet İsaxanlının Bakı Slavyan Universitetində “Zəncinin arzuları” poeması ilə bağlı mühazirəsi  
18 Noyabr, 2026Xəzər Universitetinin rektoru İstanbulda “Going Global 2026” beynəlxalq təhsil konfransında iştirak edib 
26 Noyabr, 2026İT Departament rəhbəri süni intellektlə güclənən kiberhücumların yeni risklərini təhlil edib  
26 Noyabr, 2026“Depressiya: psixologiyadan neyrobiologiyaya” mövzusunda seminar  
26 Noyabr, 2026Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi respublika elmi konfransında çıxış edib  
26 Noyabr, 2026Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi respublika elmi-praktiki konfransında çıxış edib  

Departament müdiri Ankarada beynəlxalq yay məktəbində  

Ankarada Azərbaycan Respublikasının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Türkiyə Respublikası Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin (SAM) birgə təşkilatçılığı ilə 2026 – cı il 29 iyun – 2 iyul aralığında  "Dəyişən dünya nizamı və Azərbaycan xarici siyasəti" adlı beynəlxalq yay məktəbi keçirilmişdir.

Azərbaycan və Türkiyənin aparıcı ekspertlərini, dövlət qurumlarının nümayəndələrini və gənc tədqiqatçıları bir araya gətirən proqramın əsas məqsədi qlobal siyasi transformasiyalar fonunda Azərbaycan xarici siyasətinin prioritetlərini, regional və beynəlxalq təhlükəsizlik məsələlərini, eləcə də Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının perspektivlərini müzakirə etmək olmuşdur.

Yay məktəbinin açılış mərasimində BMTM-nin İdarə Heyətinin sədri Dr. Fərid Şəfiyev, BMTM-nin İdarə Heyətinin üzvü Dr. Cavid Vəliyev və Türkiyə Respublikası Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin müdiri Prof. Dr. Ramazan Erdağ çıxış edərək, proqramın əhəmiyyətindən, dəyişən beynəlxalq sistemdə Azərbaycan və Türkiyənin strateji əməkdaşlığının rolundan bəhs etmişlər.

Yay məktəbi çərçivəsində Azərbaycanın xarici siyasəti, regional təhlükəsizlik, Türk dünyasında əməkdaşlıq, geosiyasi transformasiyalar və beynəlxalq təşkilatlarda Azərbaycanın fəaliyyəti kimi mövzularda silsilə mühazirələr təşkil olunmuşdur. Təlimlər Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində və elmi-tədqiqat mərkəzlərində fəaliyyət göstərən tanınmış mütəxəssislər tərəfindən aparılmışdır.

Təlimçilər sırasında Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Dr. Araz Aslanlı, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Nazim Cəfərsoy, Ankara Yıldırım Beyazıt Universitetinin dosenti Dr. Kənan Aslanlı və Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri dos. Orxan Vəliyev yer almışdır.

Dosent O.Vəliyev proqram çərçivəsində "Azərbaycan xarici siyasətində üçlü mexanizmlər" və "Qoşulmama Hərəkatı və Azərbaycanın çoxtərəfli diplomatiyası" mövzularında iki məruzə ilə çıxış etmişdir. Məruzələrdə Azərbaycanın müxtəlif regional əməkdaşlıq platformalarında formalaşdırdığı üçtərəfli əməkdaşlıq mexanizmlərinin geosiyasi əhəmiyyəti, bu formatların regional sabitliyə verdiyi töhfələr, eləcə də Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və çoxtərəfli diplomatiya sahəsində əldə etdiyi nəticələr ətraflı təhlil edilmişdir. Çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanmış, mövzular ətrafında geniş müzakirələr aparılmışdır.

Proqramda Türkiyənin Yurt Dışı Türklər və Əqraba Topluluqları Başkanlığı (YTB), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türkiyə Respublikası Xarici İşlər Nazirliyi, Anadolu Agentliyi və digər dövlət qurumlarının nümayəndələri, eləcə də müxtəlif universitetlərin tələbələri və gənc tədqiqatçıları iştirak etmişlər. Yay məktəbi iştirakçılar üçün həm nəzəri biliklərin artırılması, həm də Azərbaycan–Türkiyə akademik və institusional əməkdaşlığının inkişafı baxımından mühüm platforma olmuşdur.

Dörd gün davam edən proqram 2026-cı il iyulun 2 – də  iştirakçıların Yurt Dışı Türklər və Əqraba Topluluqları Başkanlığına (YTB) səfəri ilə yekunlaşmışdır. Səfər çərçivəsində qurumun fəaliyyəti, xaricdə yaşayan türklər və qohum icmalarla bağlı həyata keçirilən layihələr, eləcə də beynəlxalq təhsil və akademik əməkdaşlıq proqramları barədə ətraflı məlumat verilmişdir.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026