Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 777 Arxiv
XƏBƏRLƏR
27 İyul, 2026FAO nümayəndə heyəti Hasvet baytarlıq təbabəti fakültəsində
23 İyul, 2026Azərbaycandan ilk dəfə Xəzər Universiteti  Koalisiyaya üzv oldu  
20 İyul, 2026Xəzər Universitetinin nümayəndə heyəti Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində
20 İyul, 2026Xəzər Universitetinin  55-ci məzunluq mərasimi
20 İyul, 2026“Xəzər”in nümayəndə heyətinin Türkiyədə işgüzar görüşləri
07 İyul, 2026Türkiyənin Atlas Universitetinin rəhbər heyəti ilə görüş  
21 Avqust, 2026Beynəlxalq Türk Akademiyasının Prezidenti Prof. Dr. Şahin Mustafayev Xəzər Universitetində  
21 Avqust, 2026Uşaqların İKT- dən istifadəsi ilə bağlı balanslı yanaşmanın vacibliyi - İT departament rəhbərinin şərhi  
19 Avqust, 2026İT departament rəhbəri Azərbaycanda yerli kompüter istehsalının problemləri barədə
19 Avqust, 2026Süni intellektdən təhlükəli istifadənin qarşısının alınması imkanları İT departament rəhbərinin  şərhində  

Xəzər Universitetinin koordinatoru olduğu DIRNA layihəsinin yekun görüşü

2026- cı il iyunun 11- də tədbirin açılış mərasimi Xəzər Universitetinin Kamera Orkestrinin çıxışı ilə başlayıb. Açılış mərasimində çıxış edən Xəzər Universitetinin rektoru, eyni zamanda DIRNA layihəsinin koordinatoru Dr. Raziyə  İsayeva  layihənin universitetlərin elmi-tədqiqat potensialının gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, layihənin əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrində yaradılan elmi məhsulların – məqalələrin, kitabların, tədqiqat işlərinin və digər akademik nəşrlərin vahid elektron arxiv şəbəkəsində toplanması, qorunması və beynəlxalq elmi ictimaiyyət üçün əlçatanlığının təmin edilməsidir. Rektor qeyd edib ki, layihə ölkədə elektron arxiv sisteminin inkişafına, elmi-tədqiqat fəaliyyətinin görünürlüyünün artırılmasına və Azərbaycan universitetlərinin beynəlxalq elmi məkana inteqrasiyasına əhəmiyyətli töhfə verir.

Çıxış edən layihə tərəfdaşı İzmir Yüksək Texnologiya İnstitutunun rektoru, professor dr. Yusuf Baran isə beynəlxalq əməkdaşlığın elm və innovasiya sahəsində əhəmiyyətindən bəhs edib.

Açılış mərasimindən sonra layihənin üçillik fəaliyyətini və əldə olunan nəticələri əks etdirən videoçarx nümayiş olunub. Görüş çərçivəsində professor Yusuf Baran “Elm liderliyi” mövzusunda təqdimatla çıxış edərək, müasir ali təhsil müəssisələrində elm liderliyinin  rolu və tədqiqat ekosisteminin inkişaf istiqamətləri barədə fikirlərini iştirakçılarla bölüşüb.

Tədbirin moderatoru Arzu Qayıtmazova tərəfindən tərəfdaş universitetlərin üçillik fəaliyyət hesabatlarının təqdimatı üçün növbəti sessiya açıq elan olunub. Sessiya çərçivəsində layihənin Avropa tərəfdaşları olan İzmir Yüksək Texnologiya İnstitutu (Türkiyə), Jyvaskyla Universiteti (Finlandiya) və L’Aquila Universitetinin (İtaliya) nümayəndələri tərəfindən layihə müddətində görülmüş işlər, əldə edilmiş nəticələr, formalaşdırılmış əməkdaşlıq imkanları və gələcək fəaliyyət istiqamətləri barədə ətraflı hesabatlar təqdim edilib.

Yekun görüşün ikinci günü, iyunun 12- də layihənin yerli tərəfdaş universitetlərinin nümayəndələri tərəfindən DIRNA layihəsi çərçivəsində görülmüş işlər, yaradılmış imkanlar və əldə olunmuş nailiyyətlər təqdim olunub. Sessiyalar zamanı layihənin Azərbaycan ali təhsil müəssisələrində tədqiqat məlumatlarının idarə olunması, institusional repozitoriyaların inkişafı və elmi fəaliyyətin rəqəmsallaşdırılması istiqamətində yaratdığı imkanlar geniş şəkildə müzakirə edilib.

Görüş çərçivəsində Xəzər Universiteti tərəfindən hazırlanmış və layihənin əsas nəticələrindən biri hesab olunan Tədqiqat İnformasiya İdarəetmə Sistemi (RIMS) platformasının təqdimatı keçirilib. Platformanın funksionallığı, imkanları və təhlili Xəzər Universitetinin Kompüter elmləri departamentinin müəllimi Hafiz Muhammad Azeem Akram tərəfindən iştirakçılara nümayiş etdirilib.

Tədbirin sonunda Xəzər Universitetinin üçillik layihə fəaliyyəti və əldə edilmiş nəticələr barədə yekun təqdimat Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin direktoru Aytac Misgərli tərəfindən təqdim olunub. O, layihə müddətində əldə olunan nailiyyətləri, yaradılmış rəqəmsal həlləri və formalaşdırılmış əməkdaşlıq şəbəkəsinin gələcək inkişaf perspektivlərini iştirakçıların diqqətinə çatdırıb. Tədbir bağlanış nitqi və iştirakçılar arasında fikir mübadiləsi ilə yekunlaşıb.

DIRNA layihəsi Azərbaycan ali təhsil müəssisələrində tədqiqat potensialının gücləndirilməsi, institusional repozitoriyalar şəbəkəsinin formalaşdırılması və elmi fəaliyyətin idarə olunmasında müasir rəqəmsal həllərin tətbiqi istiqamətində mühüm nəticələrin əldə olunmasına töhfə verib.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026