Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 203 Arxiv
XƏBƏRLƏR
18 İyun, 2026Xəzər Universitetinin  “QS World University Rankings 2027” reytinqində əhəmiyyətli irəliləyi
12 İyun, 2026Xəzər Universitetinin koordinatoru olduğu DIRNA layihəsinin yekun görüşü
12 İyun, 2026DIRNA layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində seminar və təlim proqramı  
12 İyun, 2026Yeni tədris binası və müasir tədris klinikasının açılışı  
03 İyun, 2026Prof.Akad. Hamlet İsaxanlıya  Fəxri Şəhadətnamə təqdim edilib  
03 İyun, 2026İsrailin fövqəladə və səlahiyyətli səfiri Xəzər Universitetində
26 May, 2026Prof.Akad.Hamlet İsaxanlı ədəbiyyat və kitab festivalında
25 May, 2026Xəzər Universitetinin rektoru “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransda
22 May, 2026Prof.Akad. Hamlet İsaxanlı Gəncədə akademik - bədii tədbirdə  
15 May, 2026Fövqəladə və səlahiyyətli səfir Xəzər Universitetində

DIRNA layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində seminar və təlim proqramı  

Xəzər Universitetinin koordinatoru olduğu, Avropa İttifaqının Erasmus+ proqramının “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişafı” (DIRNA) layihəsi çərçivəsində 2026- cı il 8- 9 iyunda Naxçıvan Dövlət Universitetində seminar və təlim proqramı təşkil olunub.

Tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Dr. Elbrus İsayev layihənin ölkədə açıq elm prinsiplərinin təşviqi, elmi tədqiqat fəaliyyətinin gücləndirilməsi və universitetlərarası əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, DIRNA layihəsi ali təhsil müəssisələri arasında elmi əlaqələrin genişlənməsinə və beynəlxalq təcrübənin paylaşılmasına mühüm töhfə verir.

Sonra çıxış edən Xəzər Universitetinin rektoru və layihənin koordinatoru Dr. Raziyə İsayeva layihənin icrası müddətində əldə olunan nəticələrdən bəhs edib. Rektor bildirib ki, DIRNA layihəsi Azərbaycan universitetlərində açıq elm mədəniyyətinin formalaşdırılmasına, institusional repozitoriyaların inkişafına və beynəlxalq əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verib. O, layihədə iştirak edən 8 Azərbaycan və 3 Avropa universiteti arasında qurulan tərəfdaşlığın gələcək əməkdaşlıqlar üçün yeni imkanlar yaratdığını diqqətə çatdırıb.

Hibrid formatda keçirilən seminarın ilk günündə İtaliya tərəfdaşlarının nümayəndələri Francesco Tarquini və Grazia Di Bartolomeo təqdimatlarla çıxış ediblər. Təqdimatlar çərçivəsində açıq elm üzrə tədris modulları, rəqəmsal kitabxanalarda elektron kolleksiyaların formalaşdırılması və idarə olunması istiqamətində beynəlxalq təcrübələr iştirakçılarla bölüşülüb.

Seminarın növbəti sessiyasında Finlandiya tərəfdaşlarının təcrübəsi əsasında açıq giriş siyasətləri və institusional repozitoriyaların gündəlik idarə olunmasında açıq giriş təcrübələri müzakirə edilib. Sessiya zamanı açıq elm prinsiplərinin tətbiqi, metadata idarəçiliyi, elmi nəticələrin görünürlüyünün artırılması, eləcə də süni intellekt və innovativ texnologiyaların elmi fəaliyyətə təsiri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində Xəzər Universiteti və Naxçıvan Dövlət Universitetinin rektorlarının iştirakı ilə panel müzakirəsi də təşkil olunub. Panel zamanı ali təhsilin inkişaf istiqamətləri, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi, açıq elm siyasətinin tətbiqi və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Təlim proqramının ikinci günü Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndələrinin təqdimatları ilə davam edib. İYTE Kitabxana və Sənədləşdirmə İdarəsinin müdiri Gültekin Gürdal “Akademik nəşriyyatda transformasiya: açıq giriş və süni intellekt” mövzusunda çıxış edərək, müasir elmi nəşriyyat sahəsində baş verən yeniliklərdən danışıb. Onun təqdim etdiyi “Metadata keyfiyyəti və beynəlxalq standartlar” mövzusunda sessiyada məlumat keyfiyyətinin yüksəldilməsi, metadata standartlarının tətbiqi və beynəlxalq təcrübələr ətrafında müzakirələr aparılıb.

Günün yekununda Gültekin Gürdal, Begüm Yavuz və Gönül Kafalı Canın iştirakı ilə “Tədqiqatların gücləndirilməsi: açıq girişdən məlumatların idarə edilməsinədək” mövzusunda interaktiv sessiya keçirilib. Sessiya zamanı açıq giriş siyasətləri, tədqiqat məlumatlarının idarə olunması, metadata standartlarının tətbiqi və rəqəmsal həllərin elmi fəaliyyətin səmərəliliyinin artırılmasındakı rolu geniş şəkildə müzakirə olunub.

Seminar və təlim proqramı iştirakçılar arasında təcrübə mübadiləsinin aparılması, açıq elm prinsiplərinin təşviqi və layihə çərçivəsində əldə olunan nəticələrin paylaşılması baxımından mühüm platforma rolunu oynayıb.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026