Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dos. Orxan Vəliyevin “Modern Azərbaycanın doğuluşu” kitabı Kent Dövlət Universitetinin Siyasi Elmlər Departamentinin doktorantı və müəllimi Cavadbəy Xəlilzadə tərəfindən Füyuzat.az-da şərh edilmişdir.
Müəllif qeyd edir ki, kitab Azərbaycan tarixini sadəcə hadisələrin ardıcıllığı kimi təqdim etmir, millətçilik nəzəriyyələri əsasında “Azərbaycan dövləti necə və niyə yarandı?” sualına cavab axtarır. Əsərdə Azərbaycan millətinin və dövlətçiliyinin formalaşması prosesi təhlil olunur, bu prosesdə mühüm rol oynamış ziyalıların fəaliyyəti araşdırılır.
Cavadbəy Xəlilzadə kitabı Azərbaycan millətinin və dövlətçiliyinin formalaşmasını anlamaq üçün mühüm və dəyərli elmi tədqiqat kimi qiymətləndirir.
Link: Müasir Azərbaycan dövləti necə quruldu? - Füyuzat Jurnalı