Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 513 Arxiv
XƏBƏRLƏR
09 Oktyabr, 2026Xəzər Universiteti ilə SunLab MMC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb  
09 Oktyabr, 2026Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva ADA Universitetində keçirilən simpoziumda çıxış edib  
09 Oktyabr, 2026Ümumdünya Quduzluqla Mübarizə Gününə həsr olunmuş tədbir  
08 Oktyabr, 2026Xəzər Universitetinin strateji inkişafında yeni mərhələ: Hidayət Şimşək Direktorlar və Qəyyumlar Şurasının üzvü seçilib  
21 Sentyabr, 2026Əməkdaşlığın yeni perspektivləri  
17 Sentyabr, 2026Yeni dərs ili başladı
17 Sentyabr, 2026Prof.Akad. Hamlet İsaxanlı “KOYA 10” çərçivəsində Bakı şəhərinin tarixinə dair məruzə ilə çıxış edib
03 Sentyabr, 2026Xəzər Universiteti və Károli Qáspár Universiteti arasında əməkdaşlıq genişləndirilir
02 Sentyabr, 2026Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür  
09 Oktyabr, 2026Departament müdiri AnewZ kanalında çıxış edib

Xəzər Universitetinin müəllimi IVLP proqramında

Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi Rahil Dadaşlı 2026-cı il mayın 2-dən 23-dək ABŞ-da səfərdə olmuşdur. Səfər ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və təşkil edilən peşəkar mübadilə proqramı IVLP (Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramı) çərçivəsində həyata keçirilmişdir. Bu proqramın məqsədi ziyarətçilərə ABŞ ilə bağlı müxtəlif mövzularda qısamüddətli peşəkar mübadilə təşkil etməkdir. Budəfəki mövzu isə ABŞ–Avropa İttifaqı təhlükəsizlik məsələlərinə həsr edilmişdi.

Səfərin ilk dayanacağı ABŞ müstəqilliyinin 250 illiyinə hazırlıqlar fonunda paytaxt Vaşinqton DC şəhəri idi.  Bu zaman çərçivəsində Rahil Dadaşlı Müdafiə Nazirliyində olmuş, habelə, Dövlət Departamentinin rəsmiləri ilə birgə nahar yeməyində iştirak etmişdir. Sonra mütəxəssislər tərəfindən təşkil olunan ABŞ-da federalizm, dövlət quruluşu və siyasi sistem barədə vorkşopa qatılmışdır. Ümumilikdə Ağ Ev, Konqres binası, Koreya müharibəsi və Linkoln memorialları, Vyetnam müharibəsi memorialı və digər mədəni-ictimai məkanlar ziyarət olunan yerlər arasındadır.

Səfərin ikinci dayanacağı Kaliforniya ştatının San Dieqo şəhəri. Bu mərhələnin məqsədi ABŞ-ın sərhədlərdən gələn təhlükəni necə idarə etməsi, sərhəd divarı, xüsusi sərhəd keçid məntəqələri və San Dieqo–Tixuana şəhərləri arasında keçidin nizamlanması və digər məsələlərin işıqlandırılması olmuşdur. Proqram San Dieqo mərkəzli San Diego Diplomacy Council tərəfindən hazırlanmış və həyata keçirilmişdir. Peşəkar görüşlər çərçivəsində regional iş mühitini və araşdırmaçıları əlaqələndirən World Trade Center San Diego mərkəzidir. 

Sonra İsveç sənaye şirkəti Saab tərəfindən qurulan Skapa şirkətinin direktoru patrul qayıqlarında Sİ istifadəsi və avtonom sistemlərin quruluşu barədə ziyarətçilərə məlumat vermişdir. Sonuncu görüşlər isə General Atomics şirkətinin nümayəndəsi və akademik Vitse-Admiral Charles Martoglionun Atlantik və İndo-Pasifik regionunda baş verən geosiyasi hadisələr barədə master-klası ilə yekunlaşmışdır. Bunlardan əlavə, San Dieqo–Tixuana keçid mərkəzinə sahə ekspedisiyası təşkil edilmişdir.

Üçüncü ziyarətin ünvanı Nebraska ştatı və onun paytaxtı Linkoln və Omaha şəhərləridir. Bu səfər çərçivəsində ərzaq təhlükəsizliyi və strateji idarəetmə məsələləri müzakirə olunmuşdur. Bu müddət ərzində USSTRATCOM, Nebraska Senatı ziyarət edilmiş, ştatın tarixi, həmçinin, ABŞ strateji qoşunlarının tarixi diqqət çəkmişdir. Senatda bəzi ştat rəsmiləri və senatorlarla qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Sonuncu və dördüncü dayanacaq isə Kolorado ştatının Kolorado Sprinqs şəhəri olmuşdur. Bu səfər zamanı Kolorado Universitetində bəzi görüşlər keçirilmiş, Sİ və onun müdafiə, habelə, fəza sahəsinə tətbiqi ilə bağlı keyslər müzakirə edilmişdir. Həmin universitetin əməkdaşı Stiv Rekka transmilli ekstremizmin qarşısının alınması və daxili təhlükəsizliyin qorunmasının akademik araşdırmalardakı əksi ilə bağlı vorkşop təşkil etmişdir.

Görüşlərdən əlavə, hər bir ştatda mədəni tədbirlərdə, idman yarışlarında iştirak edilmiş, həmçinin, Garden of the Gods və digər milli parklar ziyarət olunmuşdur.

Rahil Dadaşlıya ABŞ Dövlət Departamentinin proqram məzunu olduğunu təsdiq edən sertifikat verilmişdir.           

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026