Siyasi elmlər və fəlsəfə departamentinin müdiri dos. Orxan Vəliyev 2026-cı il mayın 27- də “İctimai Radio”nun “Can Azərbaycan” verilişinin qonağı olmuşdur. Verilişin bu buraxılışı onun müəllifi olduğu “Modern Azərbaycanın Doğuluşu” kitabının müzakirəsinə həsr edilmişdir. Qeyd edək ki, proqramın hər həftəlik buraxılışı bir kitabın təqdimatı və müzakirəsi əsasında təşkil olunur.
Dos. O.Vəliyev aparıcı Pərvanə Nadirqızının mövzu ilə bağlı suallarını cavablandırmış, kitabda irəli sürülən əsas ideyalar və müasir Azərbaycan tarixinin formalaşması ilə bağlı məsələlər haqqında ətraflı məlumat vermişdir.