25 may 2026-cı il tarixində Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya şurasında Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin dissertantı Nərgiz Elçin qızı Kərimova 5708.01 – German dilləri ixtisası üzrə “İngilisdilli media diskursunda frazeoloji vahidlərin aktuallaşması” mövzusunda təqdim etdiyi dissertasiya işini uğurla müdafiəedib.