Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 266 Arxiv
XƏBƏRLƏR
18 İyun, 2026Xəzər Universiteti “QS World University Rankings 2027” reytinqində əhəmiyyətli şəkildə irəliləyib
12 İyun, 2026Xəzər Universitetinin koordinatoru olduğu DIRNA layihəsinin yekun görüşü
12 İyun, 2026DIRNA layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində seminar və təlim proqramı  
12 İyun, 2026Yeni tədris binası və müasir tədris klinikasının açılışı  
03 İyun, 2026Prof.Akad. Hamlet İsaxanlıya  Fəxri Şəhadətnamə təqdim edilib  
03 İyun, 2026İsrailin fövqəladə və səlahiyyətli səfiri Xəzər Universitetində
26 May, 2026Prof.Akad.Hamlet İsaxanlı ədəbiyyat və kitab festivalında
25 May, 2026Xəzər Universitetinin rektoru “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransda
22 May, 2026Prof.Akad. Hamlet İsaxanlı Gəncədə akademik - bədii tədbirdə  
15 May, 2026Fövqəladə və səlahiyyətli səfir Xəzər Universitetində

Departament müəllimləri  Müstəqillik Gününə həsr olunmuş seminarda

28 May – Müstəqillik Gününə həsr olunmuş “Şərqin ilk demokratik respublikası və tolerantlıq dəyərləri” mövzusunda 2026-cı il mayın 22 - də Tolerantlıq Evində   seminar keçirilmişdir. Tolerantlıq Evi və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə keçirilən  seminarda AMEA Tarix və Etnologiya İnstitutunun, AMEA Arxeologiya və Antropologiya İnstitutunun, AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşları, Azərbaycan Dillər Universitetinin, ADA-nın və Xəzər Universitetinin müəllim və tələbələri, həmçinin, Qafqaz Müsəlmanları İdarəsinin və Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının nümayəndələri iştirak etmişlər.

Seminarda  Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələri, tolerantlıq siyasəti, milli-mənəvi dəyərləri və müasir Azərbaycan cəmiyyətində bu irsin davam etdirilməsi mövzularında çıxışlar olmuşdur.

Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi, Dr. Rüxsarə Quliyeva çıxışında qeyd etmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti üçün xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri milli-mənəvi özünəməxsusluğun qorunması, dini etiqad azadlığının təmin edilməsi və Azərbaycanda yaşayan milli azlıqların hüquqlarının tanınması idi. R. Quliyeva vurğulamışdır ki, “İnsanlara hürriyyət – millətlərə istiqlal” prinsipini rəhbər tutan Cümhuriyyət qurucuları bu demokratik ideyaları dövlətin yaranmasının ilk günlərindən etibarən əsas hüquqi sənədlərdə təsbit etmişdilər. 1918-ci il mayın 28-də qəbul olunmuş Azərbaycan İstiqlal Bəyannaməsində bütün vətəndaşların milli və dini mənsubiyyətindən asılı olmayaraq, hüquq və azadlıqlarının təmin ediləcəyi bəyan edilmişdi. Bununla da Azərbaycan coğrafiyasında tarixən formalaşmış tolerantlıq və multikultural dəyərlər ilk dəfə rəsmi hüquqi sənəddə öz əksini tapmışdı.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Dr. Yaqub Məmmədov “Azərbaycan Xalq Cümhuriyyətinin elm, təhsil və mədəniyyət sahəsindəki tədbirlərinə dair” adlı məruzəsində AXC-nin maarif sahəsində atdığı addımlardan, təhsilimizə verdiyi töhfələrdən, Qazax Müəllimlər Seminariyasının yaradılmasından, ilk ali məktəbimiz olan Bakı Dövlət Universitetinin təsisindən, eləcə də Cümhuriyyətin əlifba islahatı layihəsindən, ilk dəfə qurulan kitabxana, muzey və teatr kimi mədəni xidmətlərdən bəhs etmişdir.

Bütün çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdəki müstəsna rolu vurğulanmış, onun demokratik və tolerant dəyərlərinin bu gün də yaşadıldığı qeyd edilmişdir.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026