Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 29 fevral 2016-cı il tarixli qərarı ilə Xəzər universiteti Musiqi və incəsənət departamentinin müdiri, pianoçu Zülfiyyə Sadıqovaya musiqi və incəsənət kafedrası üzrə dosent elmi adı verilmişdir.
Martın 31-də Ali Attestasiya Komissiyasında Z. Sadıqovaya dosent diplomu təqdim olunmuşdur. Əməkdaşımızı təbrik edir, ona yeni uğurlar arzulayırıq.