2026-cı il mayın 13- də Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova hərbi psixoloq, Xəzər Universitetinin məzunu, müharibə veteranı Cavad Abdulla oğlu Həşimovla görüşüb.
Cavad Həşimov 2010–2015-ci illərdə Xəzər Universitetində “Psixologiya” ixtisası üzrə təhsil alıb. Hazırda o, “N” nömrəli hərbi hissədə psixoloq kimi fəaliyyət göstərir. Eyni zamanda, Cavad Həşimov peşəkar fəaliyyəti ilə hərbi sahədə psixoloji dəstəyin göstərilməsində mühüm rol oynayır.
Görüş zamanı dosent Dilbər Zeynalova tərəfindən qonağa Xəzər Universitetinin yeni dizayn edilmiş döş nişanı təqdim olunub. Sonda isə xatirə şəkli çəkilib.