Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 94 Arxiv
XƏBƏRLƏR
15 May, 2026Fövqəladə və səlahiyyətli səfir Xəzər Universitetində
15 May, 2026Türkiyənin İstanbul Esenyurt Universitetinin prorektoru Xəzər Universitetində  
15 May, 2026“Khazar Talks-4” : Emi Karlon`un iştirakı ilə seminar  
15 May, 2026Türkiyənin Kafkas Universitetinin nümayəndələri “Xəzər”də  
13 May, 2026Prof.Akad. Hamlet İsaxanlı beynəlxalq elmi konfransda
07 May, 2026“Xəzər”in rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda iştirak edib
06 May, 2026Xəzər Universitetinin rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda
06 May, 2026“Xəzər”in  rektoru London Universitetində keçirilən beynəlxalq forumda
23 Aprel, 2026Xəzər Universitetinin rektoru Gəncədə forumda iştirak edib  
23 Aprel, 2026“Xəzər”in rektoru “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı  beynəlxalq  konfransda  

Prof.Akad. Hamlet İsaxanlı beynəlxalq elmi konfransda

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı 2026-cı il mayın 5- də Fransanın Strasburq Universitetində “Azərbaycanlıların Avropada akademik elmi fəaliyyəti və universitetlərarası əlaqələr” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib. Strasburq Universiteti ilə birgə Xəzər Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası və Fransa-Azərbaycan Universitetinin  təşkilatçılığı ilə keçirilən  konfransda Azərbaycanı Prof.Akad. Hamlet İsaxanlı və  AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi  təmsil edib.

Konfransın açılışında çıxış edən Strasburq Universitetinin prorektoru, professor Jan Mark Planeks hələ XIX əsrin ortalarında  ilk azərbaycanlı tələbə Mövsüm Xanlarovun  kimya üzrə elmi dərəcə alması ilə əsası qoyulan Strasburq-Azərbaycan elmi əlaqələrinin bu gün yeni səviyyədə davam etdirilməsinin əhəmiyyətindən bəhs edib, azərbaycanlı qonaqları salamlayıb və konfransın Azərbaycan elm-təhsil müəssisələri ilə yeni əməkdaşlıq layihələrinə zəmin yaradacağına  inamını bildirib. Prof.Akad. Hamlet İsaxanlı “Universitet araşdırmaları uzaq Şərq və uzaq Qərb arasında. Azərbaycandan nəzər” mövzusunda geniş məruzə ilə çıxış edib, Prof. Solmaz Rüstəmova-Tohidinin məruzəsi isə “Azərbaycanlıların Avropa universitetlərində təhsili – tarixi-faciəvi proses, yaxud gələcəyə açılan perspektivlər (Yüz illik tarixə bir baxış. 1850 – 1950-ci illər)” mövzusunda olub. Konfransda həmçinin, Strasburq Universitetinin müəllim və alimləri – Samim Akkönül, Stefan de-Tapia, Dilek Sarmıs, Tamerlan Quliyev, Didier Frankfort Avropa ali məktəblərinin Azərbaycanla əməkdaşlığının perspektivləri mövzusu ətrafında maraqlı fikirlər söyləyiblər. Konfrans iclasları Strasburq Universitetinin tanınmış azərbaycanlı alim, məşhur türkoloq, ölkəmizin böyük dostu, mərhum İren Melikoffun adını daşıyan ən böyük amfiteatr-auditoriyasında keçirilib və iclaslardan biri İren xanımın xatirəsinə həsr olunub. Tanınmış fransız türkoloqu, uzun müddət İren Melikoffla əməkdaşlıq etmiş Stefan de-Tapia və İren xanımın qızı Şirin Melikoffun məruzə və çıxışları, nümayiş etdirilən filmlər Azərbaycanla Fransa arasında elmi əlaqələrin artıq 1990-cı illərdə yenidən bərpa olunduğunu təsdiq edib. Xəzər Universiteti Nailəxanım Muzeyi tərəfindən çap olunan “Tarixdə iz salan, Azərbaycan mədəniyyətinə töhfə verən qadınlar” seriyasının İren Melikoffa həsr edilmiş 16-cı buraxılışı, Nailəxanım İsayevaya həsr edilmiş 13-cü nömrəsi və 20-ci əsr Azərbaycan mühacirət ədəbiyyatı nümayəndəsi, Fransada yaşayıb - yaratmış Ümmülbanu Əsədullayevaya (Banin) həsr edilmiş 14-cü nömrəsi Hamlet İsaxanlı tərəfindən Strasburq universitetinə təqdim edilib.

Axşam konfransın fransalı təşkilatçılarının azərbaycanlı alimlərin şərəfinə verdiyi şam yeməyinə qatılmış Strasburq Universitetinin rektoru, professor Frederik Berrot və universitetin prorektoru professor Jan Mark Planeks azərbaycanlı qonaqlar Hamlet İsaxanlı və Solmaz Rüstəmova-Tohidinin təmsil etdikləri elm-təhsil qurumları və Strasburq Universiteti arasında təhsil və  akademik tədqiqatlar  sahəsində əməkdaşlıq perspektivlərini və istiqamətlərini  müzakirə ediblər.

Həmçinin, Baden-baden şəhərinə səfər edilib, Strasburq şəhərində yaşayan Azərbaycan elm adamları, iş adamları və media nümayəndələri ilə görüşlər keçirilib,  gələcək əməkdaşlıqlar haqqında fikir mübadilələri aparılıb.  

 

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026