Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 160 Arxiv
XƏBƏRLƏR
18 İyun, 2026Xəzər Universiteti “QS World University Rankings 2027” reytinqində əhəmiyyətli şəkildə irəliləyib
12 İyun, 2026Xəzər Universitetinin koordinatoru olduğu DIRNA layihəsinin yekun görüşü
12 İyun, 2026DIRNA layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində seminar və təlim proqramı  
12 İyun, 2026Yeni tədris binası və müasir tədris klinikasının açılışı  
03 İyun, 2026Prof.Akad. Hamlet İsaxanlıya  Fəxri Şəhadətnamə təqdim edilib  
03 İyun, 2026İsrailin fövqəladə və səlahiyyətli səfiri Xəzər Universitetində
26 May, 2026Prof.Akad.Hamlet İsaxanlı ədəbiyyat və kitab festivalında
25 May, 2026Xəzər Universitetinin rektoru “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransda
22 May, 2026Prof.Akad. Hamlet İsaxanlı Gəncədə akademik - bədii tədbirdə  
15 May, 2026Fövqəladə və səlahiyyətli səfir Xəzər Universitetində

“Xəzər”in tələbələri festivalda “Almaz” tamaşası ilə çıxış ediblər

Tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadları aşkarlamaq, teatr mədəniyyətini təbliğ etmək və ali təhsil müəssisələri arasında yaradıcılıq mühiti formalaşdırmaq məqsədi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tərəfdaşlığı ilə “Pillə 4” Respublika tələbə tamaşaları festivalı keçirilib.

Festivalın açılışı 2026-cı il mayın 4-də olub. Mayın 7-ə qədər ADMİU-nun və digər universitetlərin tələbə komandaları maraqlı səhnə ifaları ilə yarışıb. Mayın 6-da Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dəstəyi ilə tələbələr ADMİU-nun səhnəsində “Almaz” pyesi əsasında hazırlanmış tamaşanı nümayiş etdiriblər. Tamaşada Xəzər Universitetinin müxtəlif fakültələrində təhsil alan tələbələr iştirak ediblər. Humanitar, təhsil və sosial elmlər fakültəsinin Filologiya (İngilis dili və ədəbiyyatı) ixtisasının IV kurs tələbələri Rəmalə Həsənova Almaz rolunu, Şayəstə Mələkan Xanımnaz rolunu, Psixologiya ixtisasının II kurs tələbəsi Zəhra Fərəczadə Solmaz rolunu, Politologiya ixtisasının II kurs tələbəsi Sabir Piriyev Fuad rolunu, Tərcümə ixtisasının III kurs tələbələri Emil Qurbanbəyov Şərif rolunu, Mənzurə Qurbanlı Fatmansa rolunu, İqtisadiyyat və menecment fakültəsinin Turizm ixtisası üzrə III kurs tələbəsi Kərim Şabanov Barat rolunu, Menecment ixtisasının I kurs tələbəsi Səbuhi Paşayev isə İbad rolunu canlandırıblar. Tərcümə ixtisasının II kurs tələbəsi Eyyub Allahyar, Xarici dil müəllimliyi ixtisasının II kurs tələbəsi Aytən Xəlil və Fizika müəllimliyi ixtisasının III kurs tələbəsi Rahilə Rüstəmova tamaşada müəllim obrazlarını təqdim ediblər. Turizm işinin təşkili ixtisasının I kurs tələbəsi Həkimxan Həsənxanlı isə işıq idarəetməsi və texniki dəstək işlərini görüb.

Tamaşanın müzakirəsi ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimlərindən ibarət münsiflər heyətinin iştirakı ilə mayın 7-də  ADMİU-da keçirilib.

            Festival proqramında ümumilikdə 23 tamaşa olub. Onlardan 12-si ADMİU-nun, 11-i isə digər ali təhsil müəssisələrinin tələbə teatr kollektivlərinə məxsusdur.

Mayın 8-də festivalın  bağlanış və mükafatlandırma mərasimi olub. Xəzər Universitetinin 2-ci kurs Psixologiya ixtisası tələbəsi Zəhra Fərəczadə tələbə yoldaşları ilə birgə rol aldığı “Almaz” tamaşasında göstərdiyi yüksək performansına görə, “Ən yaxşı ikinci plan qadın rolu” nominasiyası üzrə qalib seçilərək mükafata layiq görülüb.

Mərasimdə ADMİU-nun rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət siyasəti şöbəsinin müdiri İntiqam Babayev, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri, dosent Vidadi Qafarov, ADMİU Münsiflər heyətinin sədri, Teatrşünaslıq kafedrasının professoru İsrafil İsrafilov və Teatr sənəti fakültəsinin professor-müəllim heyəti çıxış ediblər.

Bədii hissədə ADMİU-nun rəqs kollektivinin rəqs kompozisiyası, ADMİU “Kamerata” tələbə orkestrinin, Musiqi sənəti fakültəsinin tələbələrinin və Mərdan Kazımovun ifaları təqdim olunub.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026