2026-cı il aprelin 29-da Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dos. Orxan Vəliyev AnewZ kanalında Nadia Gyane'nin “Türkiyə–Ermənistan danışıqları: dəmir yolu layihəsi irəliləyişə işarə edir” (Türkiye-Armenia Talks: Rail Project Signals Progress) mövzusunda verilşinin qonağı olub.
Dos. O Vəliyev bildirib ki, Türkiyə ilə Ermənistan arasında normallaşma Azərbaycan–Ermənistan sülh prosesinə də müsbət təsir göstərəcək. Çünki iki ölkə arasında dəmiryolunun və quru sərhədinin yenidən açılması Zəngəzur dəhlizi baxımından Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir.