Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 119 Arxiv
XƏBƏRLƏR
26 May, 2026Prof.Akad.Hamlet İsaxanlı ədəbiyyat və kitab festivalında
25 May, 2026Xəzər Universitetinin rektoru “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransda
22 May, 2026Prof.Akad. Hamlet İsaxanlı Gəncədə akademik - bədii tədbirdə  
15 May, 2026Fövqəladə və səlahiyyətli səfir Xəzər Universitetində
15 May, 2026Türkiyənin İstanbul Esenyurt Universitetinin prorektoru Xəzər Universitetində  
15 May, 2026“Khazar Talks-4” : Emi Karlon`un iştirakı ilə seminar  
15 May, 2026Türkiyənin Kafkas Universitetinin nümayəndələri “Xəzər”də  
13 May, 2026Prof.Akad. Hamlet İsaxanlı beynəlxalq elmi konfransda
07 May, 2026“Xəzər”in rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda iştirak edib
06 May, 2026Xəzər Universitetinin rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda

Xəzər Universitetində II Türk Tamğalarının Çağdaşlaşdırılması Konfransı

Xəzər Universiteti Tarix və arxeologiya departamenti və Türk Dili Dərnəyinin birgə təşkilatçılığı ilə 2026-cı il mayın 1-də Bakıda II Türk Tamğalarının Çağdaşlaşdırılması Konfransı keçirilib. Türk dünyasının ortaq mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyan bu tədbir həm elmi, həm də strateji baxımdan diqqətçəkən nəticələrlə yadda qalıb.

Konfransın açılışında çıxış edən Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri, dosent Telman Nüsrətoğlu tədbirin əhəmiyyətini vurğulayaraq, Türk tamğalarının tədqiqi və çağdaşlaşdırılmasının Türk dünyasının ortaq elmi irsi baxımından strateji məsələ olduğunu qeyd edib. O, Azərbaycanın bu istiqamətdə elmi təşəbbüslərə ev sahibliyi etməsinin xüsusi önəm daşıdığını bildirib. Türk Dili Dərnəyinin başqanı Göybəy Uluç Türk tamğalarının yalnız tarixi yazı sistemi deyil, eyni zamanda Türk kimliyinin mədəni yaddaşı olduğunu vurğulayaraq, bu sahədə aparılan işlərin ortaq türk elmi əməkdaşlığını gücləndirdiyini qeyd edib. Yunus Emre İnstitutu Bakı nümayəndəliyinin müdiri Gökhan Seyhan isə çıxışında Türk dünyası ölkələri arasında mədəni əlaqələrin inkişafında ortaq layihələrin rolunu qeyd edib və bu kimi elmi tədbirlərin davamlı olmasının vacibliyini vurğulayıb.

Konfransda Türkiyədən və müxtəlif Türk dövlətlərindən tanınmış alimlər, tədqiqatçılar və mütəxəssislər iştirak ediblər. Tədbiri nüfuzlu elm xadimlərindən Prof. Erhan Aydın, Prof. Hatice Şirin, Dos. Mihriban Aydın, Beynəlxalq Türk Akademiyasının rəsmi təmsilçisi Dr. Nurdin Useev, Xəzər Universitetindən Dr. Odər Əlizadə, AMEA Dilçilik İnstitutundan Dr. Dilbər Cəmali və E.Mövlamov adına Əbilyataq kənd tam orta məktəbinin  müəlliməsi Günay Mirzəyeva kimi araşdırmaçılar öz məruzələri ilə zənginləşdiriblər. İştirakçılar Türk tamğalarının tarixi inkişafı, semantik xüsusiyyətləri və onların müasir dövrdə istifadəsi imkanları barədə geniş müzakirələr aparıblar. Tədbir Kamuran-Şefik Kırca Vəqfinin dəstəyi ilə reallaşdırılıb.

Konfransın yekununda qəbul edilən qərara əsasən, Türk tamğalarının çağdaşlaşdırılması işi gələcək nəsillərin ehtiyaclarına uyğun şəkildə yeni yazı qaydaları və sistemli struktur çərçivəsində davam etdirilməlidir. Bu proses Türk dünyasında ortaq mədəni və yazı sisteminin formalaşdırılması istiqamətində strateji addım kimi qiymətləndirilir. Qərarda qeyd olunur ki, Türk toplumlarını əhatə edən ortaq mədəni məkanın gücləndirilməsi məqsədilə görülən işlər Türkiyə və Azərbaycan başda olmaqla, bütün Türk dünyasını əhatə etməlidir. Həmçinin, sənəddə vurğulanır ki, 2024-cü ildə Beynəlxalq Türk Akademiyası tərəfindən qəbul edilən 34 hərfdən ibarət “Ortaq Türk Əlifbası” qərarı əsas götürülərək, tamğaların bu əlifba sisteminə uyğunlaşdırılması istiqamətində işlərin davam etdirilməsi vacibdir. Qərara əsasən, hazırlanmış materialların beynəlxalq standartlara uyğunlaşdırılması və Unicode sisteminə təqdim olunması üçün müvafiq qurumlara müraciət edilməsi nəzərdə tutulur. Qərar konfransda iştirak edən məruzəçi alimlər tərəfindən imzalanaraq təsdiqlənib və rəsmi olaraq qəbul edilib.

Tədbirin beynəlxalq ictimaiyyətə geniş şəkildə çatdırılması məqsədilə TRT Avaz televiziya kanalı tərəfindən xüsusi çəkiliş aparılıb. Hazırlanan videomaterialın linki aşağıda təqdim olunur:

https://www.facebook.com/share/v/1CaZhw2qKM/?mibextid=wwXIfr

https://x.com/i/status/2050313528771526837

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026