Xəzər Universitetinin Təbiət elmləri və mühəndislik fakültəsinin memarlıq ixtisası üzrə 2-ci kurs tələbəsi Elmira Azər qızı Novruzova Almaniyanın Berlin şəhərində keçirilən Kent Orman Yaşam Atölyesi – Multidisipliner Mekansal Planlama Eyitiminin 8-ci toplantısında iştirak edib və sertifikatla təltif olunub. Sertifikat layihə koordinatoru, Kent Orman Yaşam Atölyesinin qurucusu Nejla Kılınç və Türk-Alman işverenlər dərnəyinin başqanı Remzi Kaplan tərəfindən imzalanıb.