2026-cı il martın 6-da Teleqraf İnformasiya Agentliyi Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı ilə geniş müsahibə dərc etmişdir.
Müsahibədə Hamlet İsaxanlının uşaqlıq illərindən başlayaraq hazırkı dövrə qədər həyat və fəaliyyətinin, elmi və ədəbi yaradıcılığının bütün sahələrindən, xüsusən Xəzər Universitetinin yaranması, inkişafı və hazırkı üstün cəhətləri, ölkədə və akademik aləmdə nümunəvi ali təhsil və elmi-tədqiqat müəssisəsi kimi tanınmasından bəhs edilir.