Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 165 Arxiv
XƏBƏRLƏR
02 İyul, 2026“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir  
29 İyun, 2026Xəzər Universitetinin Kamera Orkestrinə Nailəxanım İsayevanın adı verildi
23 İyun, 2026Rektor Dr. Raziyə  İsayeva “Sultan bin Abdulaziz Al Saud Beynəlxalq Dil Təlimi Proqramı”nın bağlanış mərasimində  
23 İyun, 2026Sevgi və gözəlliyin izi ilə: H.İsaxanlının “Dəli ceyran” romanının müzakirəsi  
22 İyun, 2026Xəzər Universiteti ilə Varna Azad Universiteti arasında əməkdaşlıq memorandumu
10 İyul, 2026Xəzər Universiteti Elmi Şurasının növbəti iclası keçirilmişdir  
10 İyul, 2026Xəzər Universiteti və SUP VC arasında əməkdaşlıq imkanları müzakirə olunub  
10 İyul, 2026Departament  müdiri III Türk Dünyası Yay Forumunda
09 İyul, 2026Departament müdiri 30-cu Beynəlxalq Dədə Qorqud Simpoziumunda
08 İyul, 2026PhD tələbələri Xəzər Universitetində təcrübə proqramını uğurla başa vurublar  

Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium

Xəzər Universitetində Türkoloji  qurultayın 100 illik yubileyinə həsr olunan “3-cü ortaq türk keçmişindən ortaq türk gələcəyinə doğru: 100-cü ildönümündə Türkoloji qurultaydan bu günə ortaq əlifba məsələləri” mövzusunda 2026-cı il martın 2-3-də  beynəlxalq elmi simpozium keçirilib. Tədbir Mədəni Antropologiya və Folklor İnstitutu (MAFİ), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin (YTSAM) birgə təşkilatçılığı ilə hazırlanıb.

Simpoziumun açılışında  çıxış edən “Xəzər MAFİ”nin koordinatoru Dos. Aynur Qəzənfərqızı tədbirin əsas məqsədinin ortaq əlifba ideyasının tarixi köklərini yenidən gündəmə gətirməklə, müasir çağırışlar fonunda elmi müzakirə platforması yaratmaq olduğunu bildirib. O, Türkoloji qurultayın qərarlarının yüz il sonra da aktuallığını qoruduğunu vurğulayıb.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad.  Hamlet İsaxanlı  türk dünyasının ortaq elmi-mədəni irsinin gələcək nəsillərə ötürülməsində vahid əlifba və dil birliyinin vacib rolunu xüsusi qeyd edib.  Türk Dil Qurumunun nümayəndəsi Prof. Şükrü Haluk Akalın ortaq əlifbanın türk xalqlarının bir-birini tərcüməsiz anlamasını təmin edəcək ən güclü mənəvi körpü olduğunu bildirib. Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri Dos. Telman Nüsrətoğlu Türkoloji qurultayın ideyalarını yaşatmağın tarixi bir borc olduğunu deyib. Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin nümayəndəsi Prof. Bilgehan Atsız Gökdağ türk dövlətləri arasında strateji dil siyasətinin formalaşdırılmasının qaçılmazlığını əsaslandırıb.  Özbəkistan Elmlər Akademiyasının təmsilçisi Nigora Halbekova isə  dil birliyinin milli kimliyimizin əsası olduğunu və ortaq əlifbanın gələcək nəsillər üçün əhəmiyyətini diqqətə çatdırıb. Qazaxıstanın Ahmet Baytursunuly Dilçilik İnstitutunun təmsilçisi Dos. Yermukhamet Maralbek isə müasir dövrdə türk dillərinin qrafik inteqrasiyasının qlobal rəqabətliliyə təsirini geniş şəkildə təhlil edib. Həmçinin,  Xəzər MAFİ nümayəndəsi Prof. Ali Yakıcı mövzu ilə bağlı mühüm elmi mülahizələrini bölüşüb. 

Tədbirin bədii hissəsində aşıq Ramin Qarayevin ifası iştirakçılara türk dünyasının zəngin folklor irsini bir daha xatırladıb.

İki günlük  simpozium bölmə iclasları, panel müzakirələri və açıq debatlarla yekunlaşıb. Sonda qəbul olunan nəticə sənədində ortaq əlifba istiqamətində elmi-təşkilati əməkdaşlığın gücləndirilməsi, birgə tədqiqat layihələrinin hazırlanması və türk dövlətlərinin ali təhsil müəssisələri arasında koordinasiyanın artırılması əsas prioritetlər kimi müəyyənləşdirilib.

Qeyd olunub ki, Türkoloji qurultayın 100 illiyi münasibətilə keçirilən bu simpozium türk dünyasında dil birliyi ideyasının yenidən strateji gündəmdə olmasına  və gələcək nəsillər üçün davamlı elmi platformanın formalaşmasına mühüm töhfədir.

Simpozium çərçivəsində 3 mart tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında bölmə iclası keçirilib. İclasa AMEA-nın prezidenti Akad. İsa Həbibbəyli moderatorluq edib.

Bölmə iclası  İsa Həbibbəylinin giriş sözü ilə başlayıb. O, Türkoloji qurultayın elmi irsinin müasir türkoloji araşdırmalar üçün mühüm istiqamətlər müəyyənləşdirdiyini bildirib.

İclasda müxtəlif ölkələrdən olan alimlər məruzələrlə çıxış ediblər. Şükrü Haluk Akalın “Birinci Türkoloji qurultaydan modern türk sözlükçülüyünün doğuşuna” mövzusundakı  çıxışında   qurultayın türk leksikoqrafiyasının inkişafına təsirindən danışıb. AMEA  Akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nümayəndəsi Dos.  Zülfiya Vəliyeva Önlen “Latın qrafikasına keçidin yüzilliyində yeni nəslin problemləri” mövzusunda məruzə  edib.

Daşkəndli alim Dos. Jura Xudoyberdiyev “Birinci Türkologiya qurultayında türk dillərində sinxarmonizmin müzakirəsi” mövzusunda çıxış edərək, qurultay materiallarının dilçilik baxımından əhəmiyyətini diqqətə çatdırıb. Qazaxıstan Dövlət Dilinin İnkişafı İnstitutunun nümayəndəsi Prof.  Bijomart Kapalbekov isə “Türkologiyada Avropa-mərkəzçilikdən müstəqil beynəlxalq yanaşma” mövzusunda çıxışında  türkoloji araşdırmalarda milli elmi metodologiyanın rolunu qeyd edib.

Məruzələrdən sonra mövzular ətrafında müzakirələr olub  və bölmə iclası yekunlaşdırılıb.

 

Aydan Əliyeva

Xəzər Universiteti, Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə 2-ci kurs tələbəsi

 

Nigar Ələsgərli

Xəzər Universiteti, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə 2-ci kurs tələbəsi

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026