Xəzər Universitetinin rektoru Dr. Razia İsaeva və Elmi işlər üzrə prorektoru Dr. Ülkər İsaeva 2026-cı il martın 2-də Çinin Şanxay Beynəlxalq Araşdırmalar Universitetinə səfər ediblər.
Universitetin nümayəndə heyəti Şanxay Beynəlxalq Araşdırmalar Universitetinin Korpus Tədqiqatları və Tətbiqləri İnstitutu ilə görüş keçirib. Görüşdə institutun professoru Muhammad Afzal ilə müzakirələr aparılıb, universitetlər arasında əməkdaşlığın gücləndirilməsi perspektivlərinə toxunulub.
Sonda hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.