Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 152 Arxiv
XƏBƏRLƏR
07 May, 2026“Xəzər”in rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda iştirak edib
06 May, 2026“Xəzər”in  rektoru London Universitetində keçirilən beynəlxalq forumda
06 May, 2026Xəzər Universitetinin rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda
23 Aprel, 2026“Xəzər”in rektoru “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı  beynəlxalq  konfransda  
23 Aprel, 2026Xəzər Universitetinin rektoru Gəncədə forumda iştirak edib  
08 May, 2026Xəzər Universitetinin tələbələri  1-ci yerə layiq görülüblər  
08 May, 2026İsmayıllı şəhəri “Niyal kursları”nın dinləyiciləri ilə görüş            
08 May, 2026Şəhərsalma və memarlıq” ilinə həsr edilmiş dərs
08 May, 2026Beynəlxalq konfransın nümayəndələri üçün konsert proqramı  
07 May, 2026“Xəzər”in İngilis dili və ədəbiyyat departamenti professorunun məqaləsi beynəlxalq jurnalda dərc edilib

Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi seminar

Xəzər Universitetinin 35 illik yubileyi çərçivəsində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə 2026-cı il  fevralın 18-də  Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Azərbaycan dilinin funksionallığı: müasir yanaşmalar” mövzusunda elmi seminar keçirilib. Seminar  müzakirə formatında təşkil olunub.

Tədbirin moderatoru, Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos. Dilbər Zeynalova Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən, ana dilinin milli kimliyin və mədəni yaddaşın əsas dayağı kimi rolundan bəhs edib. O, tədbirin Xəzər Universitetinin 35 illik yubileyi çərçivəsində keçirilməsinin xüsusi rəmzi məna daşıdığını bildirib. Azərbaycan dilinin universitetin bütün ixtisaslarında, milliyətindən asılı olmayaraq, bütün tələbələrə məcburi fənn olaraq tədris olunduğunu vurğulayıb. Nümunə olaraq,   Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlının “Yaşamağa nə var ki?!” şeirinin əcnəbi tələbələrin ifasında hazırlanmış videoçarxı nümayiş olunub.

Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Prof. Nadir Məmmədli, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini, yazıçı-jurnalist Natiq Məmmədli və Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, yazıçı, kino-dramaturq, şair İlqar Fəhmi  iştirak ediblər.

Prof. Nadir Məmmədli “Alınma sözlərin dilə daxil olma prinsipləri” mövzusunda danışaraq, sözlərin alınma prinsipləri, lüğətlərin tərtibi meyarları və leksik sistemin zənginləşmə prosesi barədə fikirlərini bölüşüb. Natiq Məmmədli “Azərbaycan dilinin mediada təzahür formaları” mövzusunda rəqəmsal platformaların dilə təsiri, media mətnlərində norma məsələləri və jurnalist məsuliyyətindən danışıb. “Müasir dövrdə ədəbi dilin estetik-psixoloji təsirləri” mövzusundan söz açan İlqar Fəhmi ədəbi dilin obrazlılıq imkanları, poeziyanın dilə təsir mexanizmi və oxucu-mətn münasibətlərindən bəhs edib.

Sonra tələbə və müəllimlərin sualları ətrafında dil tədrisində mövcud problemlər, tezlik lüğətlərinin tərtibi prinsipləri, süni intellektin dilə təsiri, alınma sözlərin mövcud statusu, media diskursunda dilin inkişafı və tərcümə prosesinin ədəbi dilə təsiri kimi məsələlər ətraflı  müzakirə olunub.

Prof. Akad. Hamlet İsaxanlı mövzuya dilçilik, mətbuat və poeziya yönündən fikrini bildirib, ana dilinin həm elmi, həm də bədii müstəvidə qorunması və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, qonaqlara və təşkilatçılara təşəkkür  edib.

Tədbirdə Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müdiri, Əməkdar müəllim Zülfiyyə Sadıqovanın rəhbərliyi ilə universitetin Kamera orkestrinin konserti təqdim olunub.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026