Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 276 Arxiv
XƏBƏRLƏR
16 Aprel, 2026Türkiyə universitetlərində işgüzar görüşlər başa çatıb
14 Aprel, 2026Xəzər Universitetinin nümayəndə heyəti Sabançı Universitetində  
10 Aprel, 2026Xəzər Universitetində Litva Respublikasının Baş naziri İnqa Ruqinienen Xəzər Universitetində
08 Aprel, 2026Study in Azerbaijan” beynəlxalq təhsil sərgisi davam edir  
07 Aprel, 2026Almatıda “Study in Azerbaijan” sərgisi və rektorlar forumu keçirilir
31 Mart, 2026”Xəzər”in rektoru Akdeniz Universitetində
20 Mart, 2026“Xəzər”də məzunlarla görüş
19 Mart, 2026Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlının Xəzər Universitetinin 35 illik yubileyinə həsr olunmuş mərasimdə açılış nitqi
18 Mart, 2026Xəzər Universitetinin 35 illik yubiley mərasimi keçirilib
17 Aprel, 2026Rumın-Amerikan Universitetinin nümayəndəsi Xəzər Universitetində  

Xəzər Universitetinin rəhbərliyi Litvanın müstəqilliyinin 108-ci ildönümünə həsr olunmuş tədbirdə

11 fevral 2026-cı il tarixində Bakıda Litva Respublikasının dövlət müstəqilliyinin bərpasının 108-ci ildönümü münasibətilə rəsmi tədbir keçirilib. Tədbir Beynəlxalq Muğam Mərkəzində təşkil olunub. Mərasimdə Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva, eləcə də universitetin müxtəlif struktur bölmələrinin rəhbərləri iştirak ediblər. Xəzər Universitetinin bu kimi beynəlxalq səviyyəli və diplomatik əhəmiyyətli tədbirlərdə təmsil olunması universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, xarici tərəfdaşlarla akademik və mədəni əməkdaşlığın dərinləşdirilməsi istiqamətində həyata keçirdiyi strateji xəttin tərkib hissəsidir.

Tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, diplomatlar, eləcə də ictimai-siyasi xadimlər iştirak ediblər. Rəsmi hissə Azərbaycan və Litva dövlət himnlərinin ifası ilə başlayıb.

Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus çıxış edərək, Litvanın müstəqillik yolu, milli iradə və ideoloji birliyin əhəmiyyəti barədə danışıb. O, müstəqillik ideyasının Azərbaycan və Litva xalqlarını birləşdirən ortaq dəyərlərdən biri olduğunu vurğulayıb və Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz” fikrinə istinad edib.

Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev isə çıxışında Azərbaycan – Litva münasibətlərinin tarixi köklərə malik olduğunu, bu əlaqələrin Azərbaycan Xalq Cümhuriyyəti dövründən etibarən formalaşdığını qeyd edib və hazırda iki ölkə arasında siyasi, diplomatik və humanitar əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.

Qeyd etmək lazımdır ki, Xəzər Universiteti ilə Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəlikləri arasında formalaşmış əməkdaşlıq çərçivəsində səfirlər və diplomatik korpusun üzvləri universitetdə keçirilən elmi-akademik və ictimai tədbirlərdə mütəmadi olaraq yaxından iştirak edirlər. Bu əməkdaşlıq çərçivəsində diplomatlar Xəzər Universitetinin tələbələri üçün seminarlar, mühazirələr və tematik görüşlər keçirir, beynəlxalq münasibətlər, diplomatiya, qlobal proseslər və mədəniyyətlərarası dialoq mövzularında bilik və təcrübələrini bölüşürlər. Bu cür təşəbbüslər tələbələrin qlobal dünyagörüşünün formalaşmasına və universitetin beynəlxalq akademik mühitlə daha sıx inteqrasiyasına mühüm töhfə verir.

Tədbir çərçivəsində tanınmış caz musiqiçisi Salman Qəmbərov və onun rəhbərlik etdiyi “Bakustik-caz” qrupunun ifasında təqdim olunan musiqi proqramı mərasimə xüsusi rəng qatıb.

Xəzər Universiteti gələcəkdə də bu kimi beynəlxalq və diplomatik platformalarda fəal iştirak etməklə, xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə və tələbələrin beynəlxalq təcrübə qazanmasına yönəlmiş fəaliyyətini davam etdirməyi qarşısına məqsəd qoyur. ‎

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026