Xəzər Universitetinin Siyasi elmlər və Fəlsəfə departamentinin müdiri dos. Orxan Vəliyevin "Azərbaycanda elm: sosial elmlər" adlı dərgi məqaləsi “Füyuzat” Jurnalının dekabr sayında dərc edilmişdir (№6/(146), 2025, s. 16-24).
Qeyd etmək lazımdır ki, 1906-1907-ci illərdə böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin redaktorluğu və Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə nəşr olunan “Füyuzat” jurnalı mətbuat tariximizdə özünəməxsus yer tutur.