Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 459 Arxiv
XƏBƏRLƏR
05 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir  
05 Mart, 2026“Xəzər” in departament direktoru AzTV-də
04 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir  
03 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir
03 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri  
03 Mart, 2026Prof.Akad. Hamlet İsaxanlıya “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi (1945-2025)" döş nişanı təqdim olunub
03 Mart, 2026“100-cü ilində Bakı Türkoloji Qurultayı – Anım Toplantısı” beynəlxalq elmi simpozium keçirildi
26 Fevral, 2026Xəzər Universiteti ilə Azerbaijan Poultry Company və Azerbaijan Fish Farm arasında Anlaşma memorandumu imzalanıb
24 Fevral, 2026Universitetlər arasında Anlaşma Memorandumu imzalanıb
18 Fevral, 2026Transmilli təhsil forumu  

Xəzər Universitetinin əməkdaşları Hüseyn Əfəndi Qayıbzadəyə həsr olunmuş respublika elmi konfransında

2025-ci il dekabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında keçirilən “Hüseyn Əfəndi Qayıbzadə irsi – ənənə və maarifçilik kontekstində” mövzusunda respublika elmi konfransında Xəzər Universiteti tərəfdaş və fəal iştirakçı qismində təmsil olunub.

XIX əsr Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Hüseyn Əfəndi Qayıbzadənin zəngin elmi-pedaqoji irsinin yenidən dəyərləndirilməsinə həsr olunmuş konfransın əsas məqsədi onun milli təhsil sisteminin formalaşmasındakı rolunu, maarifçilik ideyalarının müasir elmi yanaşmalarla səsləşməsini və aktual elmi-pedaqoji əhəmiyyətini üzə çıxarmaq idi.

Şərqşünas alim, ADPU-nun Quba filialının baş müəllimi Seyid Cabbarovun moderatorluğu ilə aparılan tədbiri giriş sözü ilə ADPU-nun Quba filialının direktoru Prof. Yusif Əliyev açıb. O, Hüseyn Əfəndi Qayıbzadənin maarifçilik ideyalarının bu gün də aktuallığını qoruduğunu vurğulayıb, bu cür elmi tədbirlərin milli-mədəni yaddaşın qorunması baxımından əhəmiyyətini qeyd edib.

Plenar iclasda bir çox elm xadimi və ziyalılarla birlikdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı da çıxış edərək, Qayıbzadə irsinin tarixi, elmi və mədəni əhəmiyyətinə dair fikirlərini bölüşüb. Natiq çıxışında Hüseyn Əfəndi Qayıbzadənin şəxsiyyəti və dünyagörüşünü tarixi-mədəni kontekstdə təhlil edərək, onun ilahiyyatçı kimliyi ilə maarifçi düşüncə tərzini ideal şəkildə birləşdirən nadir ziyalılardan biri olduğunu vurğulayıb. O, Qayıbzadənin cəmiyyətin inkişafında təhsilin həlledici roluna inamını xüsusi qeyd edib, onun qadınların maariflənməsi və sosial inkişafı məsələsinə verdiyi yüksək dəyəri XIX əsr üçün olduqca qabaqcıl və cəsarətli mövqe kimi qiymətləndirib.

Sonra başlanan panel müzakirələrdə Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamenti əsas təmsilçi qurumlardan biri kimi iştirak edib. Departamentin müdiri Dos. Dilbər Zeynalovanın rəhbərliyi ilə departamentin əməkdaşları olan Dos. Zivər Hüseynli Baylan, filologiya üzrə  fəlsəfə doktorları Almaz Bədəlova, Yeqzar Cəfərli, Könül Həsənova, Gülşanə Xudiyeva, Aygül Qurbanova, həmçinin Mənsurə Əhmədova və Fərqanə Ələsgərli tədbirdə əyani və onlayn formatda elmi məruzələrlə çıxış edib, Hüseyn Əfəndi Qayıbzadənin pedaqoji irsi, ana dilində təhsil konsepsiyası, maarifçilik baxışlarının müasir dilçilik və təhsil nəzəriyyələri ilə əlaqəsini müxtəlif elmi aspektlərdən əsaslandırıblar.

Konfransın bədii hissəsində Xəzər Universitetinin Kamera orkestrinin ifasında səsləndirilən müxtəlif musiqi nümunələri tədbirə xüsusi estetik ovqat bəxş edib. Orkestrin bədii rəhbəri Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müdiri, pianoçu Dos. Züffiyyə Sadıqova, dirijoru Hüseyn Muradov olub. Vokal ifaları universitetin müəllimi Məhsəti Cabbarova və Asim Muradov təqdim edib, saz ifaçısı isə müəllim Ramin Qarayev olub.

Respublika elmi konfransı Xəzər Universiteti əməkdaşlarının milli maarifçilik irsinin araşdırılması və təbliği istiqamətində apardığı elmi fəaliyyətin təqdimatı baxımından əhəmiyyətli olub, ali təhsil müəssisələri arasında elmi əməkdaşlığın genişlənməsinə töhfə verib.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026