Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1586 Arxiv
XƏBƏRLƏR
02 İyul, 2026“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir  
29 İyun, 2026Xəzər Universitetinin Kamera Orkestrinə Nailəxanım İsayevanın adı verildi
23 İyun, 2026Rektor Dr. Raziyə  İsayeva “Sultan bin Abdulaziz Al Saud Beynəlxalq Dil Təlimi Proqramı”nın bağlanış mərasimində  
23 İyun, 2026Sevgi və gözəlliyin izi ilə: H.İsaxanlının “Dəli ceyran” romanının müzakirəsi  
22 İyun, 2026Xəzər Universiteti ilə Varna Azad Universiteti arasında əməkdaşlıq memorandumu
10 İyul, 2026Xəzər Universiteti Elmi Şurasının növbəti iclası keçirilmişdir  
10 İyul, 2026Xəzər Universiteti və SUP VC arasında əməkdaşlıq imkanları müzakirə olunub  
10 İyul, 2026Departament  müdiri III Türk Dünyası Yay Forumunda
09 İyul, 2026Departament müdiri 30-cu Beynəlxalq Dədə Qorqud Simpoziumunda
08 İyul, 2026PhD tələbələri Xəzər Universitetində təcrübə proqramını uğurla başa vurublar  

Khazar Talks-3: “Çinin xarici siyasəti: konsepsiyalar, aktorlar və regional dinamikalar” mövzusunda akademik seminar  

Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin təşkilatçılığı ilə 2025-ci il dekabrın 22-24-də Khazar Talks-3 layihəsi çərçivəsində akademik seminar keçirilmişdir. Seminarlar zamanı Türkiyənin Qalatasaray Universitetinin Strateji Araşdırmalar Mərkəzinin müdiri, Dos. Tolga Bilener “Çinin xarici siyasəti: konsepsiyalar, aktorlar və regional dinamikalar” mövzusunda silsilə mühazirələrlə çıxış etmişdir. Tədbir universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır.

Qeyd edək ki, Khazar Talks layihəsi Siyasi elmlər və fəlsəfə departamenti tərəfindən ilk dəfə 2024-2025-ci tədris ilində, ikinci dəfə isə bu ilin dekabr ayında təşkil olunmuşdur. Layihə çərçivəsində səfirlərlə görüşlərin, akademik seminarların və kitab təqdimatlarının keçirilməsi nəzərdə tutulur.

Seminarın ilk günü Dos. Tolga Bilener “Çin xarici siyasətinin əsasları və parametrləri” (“Foundations and Parameters of Chinese Foreign Policy”) mövzusunda çıxış etmişdir. Bu sessiyada Çin xarici siyasətinin tarixi, ideoloji və institusional təməlləri ətraflı şəkildə izah edilmiş, xüsusilə “alçaldılma əsri”nin (XIX-XX əsrlər) Çin strateji düşüncəsinə təsiri, Mao Tszedun və Denq Syaopin`in siyasi irsi, eləcə də 1978-ci ildən sonrakı islahatların xarici siyasətə təsiri vurğulanmışdır.

 Dekabrın 23-də “ABŞ-Çin münasibətləri: rəqabət, qarşılıqlı asılılıq və strateji mübarizə” (“US–China Relations: Rivalry, Interdependence, and Strategic Competition”) və “Çin-Türkiyə münasibətləri: strateji ambivalentlik və praqmatik əməkdaşlıq” (“Sino-Turkish Relations: Strategic Ambivalence and Pragmatic Engagement”) mövzularında mühazirələr təqdim olunmuşdur. İlk sessiyada ABŞ-Çin münasibətlərinin tarixi inkişaf mərhələləri və müasir dövrdə artan strateji rəqabət təhlil edilmiş, 1972-ci il yaxınlaşmasından başlayaraq münasibətlərin necə rəqabət müstəvisinə keçdiyi izah olunmuşdur. Növbəti sessiyada isə Çin-Türkiyə münasibətlərinin tarixi, iqtisadi və geosiyasi aspektləri araşdırılmış, Osmanlı dövründən bu günə qədər əlaqələrin məhdud, lakin tədricən inkişaf edən xarakteri qeyd edilmişdir.

Seminarın son günü “Çinin Mərkəzi Asiya və Qafqazda iştirakı”  (“China’s Engagement in Central Asia and the Caucasus”) mövzusuna həsr edilmişdir. Bu sessiyada Çinin Avrasiya məkanındakı strateji maraqları, xüsusilə enerji təhlükəsizliyi, Sincan bölgəsinin sabitliyi və quru nəqliyyat əlaqələrinin əhəmiyyəti diqqət mərkəzində olmuşdur.

Hər bir seminardan sonra Dos. Tolga Bilener iştirakçıların suallarını cavablandırmış və mövzular ətrafında geniş müzakirələr aparılmışdır. Tədbirin sonunda Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva Tolga Bilener`ə universitet adından xatirə hədiyyəsi və plaket təqdim etmişdir. Seminar iştirakçıların birgə xatirə fotosu çəkdirməsi ilə yekunlaşmışdır.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026