Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi Kəmalə Əliyeva 2025-ci il 30 oktyabr - 2 noyabr tarixlərində Türkiyənin Necmettin Erbakan Universitetində keçirilmiş UOEK – 2025- də (Uluslararası Özəl Eğitim Konfransı - 2025) "Autizm spektr pozuntusunda məcazi dili anlamanın sosial münasibətlərdə rolu" adlı araşdırması ilə çıxış etmişdir. Mövzu ətrafında apardığı tədqiqat işi iştirakçılar tərəfindən maraqla qarşılanmış, sahə üzrə aktuallığı və praktik əhəmiyyəti qeyd olunmuşdur.
Konfransda həm dünyanın, həm də Türkiyənin müxtəlif universitetlərindən araşdırmalarını təqdim etmək üçün tədqiqatçılar iştirak etmişdir.