Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 02 sentyabr 2025-ci il tarixli qərarı ilə Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin doktorantı və müəllimi Ülviyyə Əhmədovaya filologiya elm sahəsi üzrə 5716.01 – Azərbaycan ədəbiyyatı ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir
Fəlsəfə doktoru diplomu Ülviyyə Əhmədovaya sentyabrın 19-da təqdim edilmişdir.