Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinin əməkdaşı Dr. Muhammad İmranın “Examining the linguistic and behavioural patterns of gender identity in women with dissociative identity disorder" (“Dissosiativ şəxsiyyət pozuntusu olan qadınlarda gender kimliyinin dil və davranış nümunələrinin tədqiqi”) adlı məqaləsi “Humanities and Social Sciences Communications” jurnalının 12-ci cildinin 1-ci sayında dərc edilib.
Jurnal Web of Science (ISI) üzrə humanitar elmlər sahəsində 408 jurnal arasında 1-ci, sosial elmlər sahəsində isə 271 jurnal arasında 2-ci yerdə qərarlaşıb.
Tədqiqat dissosiativ şəxsiyyət pozuntusu olan qadınlarda psixoloji gender kimliyinin dil nümunələrinə təsirini araşdırır, kişi və qadın alterlər arasında nitq davranışında incə fərqləri üzə çıxarır.
Məqaləyə keçid: https://www.nature.com/articles/s41599-025-05672-4