2025-cü il avqustun 19-da Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dos. Orxan Vəliyev AnewZ kanalında Dilek Tuna`nın “Sülh sazişi: 'Mütləq uğur' - Paşinyan” mövzusunda verilişinin qonağı olmuşdur. Dos. Vəliyev izah edib ki, baş nazir Paşinyan qeyd olunan çıxışla erməni cəmiyyətində sülh üçün motivasiya yaratmağa çalışır. O vurğulayıb ki, regionda davamlı sülhün təmin olunması üçün Ermənistanda müxalif qüvvələrin və kilsənin, xaricdən isə erməni diasporunun təzyiqlərini dəf edərək, bəyannamənin şərtlərinin yerinə yetirilməsi vacibdir.