“Xəzər Xəbər” – “Khazar Review” jurnalının əməkdaşı, Əməkdar jurnalist Əlirza Balayevin “Həyatın hər üzü” sənədli romanının “Mülayimləşmədən sonrakı soyuqlar” adlı hissəsi Azərbaycan Yazıçılar Birliyinin ədəbi-bədii orqanı “Azərbaycan” jurnalının 2025-ci il 7-8-ci (iyul-avqust) nömrəsində dərc olunmuşdur (s. 54-88).
Eyni zamanda “Töhmətdən töhmətə” adlanan bu hissədə müəllif fəaliyyəti boyu aldığı rəsmi töhmətlərin qısa və bəzən macəralı tarixini qələmə almışdır.