Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 861 Arxiv
XƏBƏRLƏR
06 Mart, 2026Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium
05 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir  
05 Mart, 2026“Xəzər” in departament direktoru AzTV-də
04 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir  
03 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir
03 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri  
03 Mart, 2026Prof.Akad. Hamlet İsaxanlıya “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi (1945-2025)" döş nişanı təqdim olunub
03 Mart, 2026“100-cü ilində Bakı Türkoloji Qurultayı – Anım Toplantısı” beynəlxalq elmi simpozium keçirildi
26 Fevral, 2026Xəzər Universiteti ilə Azerbaijan Poultry Company və Azerbaijan Fish Farm arasında Anlaşma memorandumu imzalanıb
24 Fevral, 2026Universitetlər arasında Anlaşma Memorandumu imzalanıb

Könüllülük proqramı çərçivəsində fərqlənmiş gənclər mükafatlandırılıb   

2025-ci il iyunun 25-də AMEA Arxeologiya və Antropologiya İnstitutunun Muzey Sərgi zalında bələdçilik fəaliyyəti ilə bağlı könüllülük proqramına həsr olunmuş mükafatlandırma mərasimi keçirilib. 

Tədbirin moderatoru - Arxeologiya və Antropologiya İnstitutunun elmi katibi Dos. Ellada Bəkirova bu elm ocağının yaratdığı könüllülük proqramında artıq 7 ali və 2 orta təhsil müəssisəsindən olan gənclərin iştirak etdiklərini söyləyib. Qeyd edib ki, bu, mövcud təşəbbüsün aktuallığının göstəricisidir. Proqram çərçivəsində gənclər institutun muzey sərgi zalında təcrübə keçib, müxtəlif elmi mövzular üzrə alimlərin elmi məruzələrini dinləyib, akademik təlimlərə, elmi-praktiki ustad dərslərinə cəlb ediliblər.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru,  Dos. Fərhad Quliyev çıxışında vurğulayıb ki, institut tərəfindən həyata keçirilən könüllülük proqramı bir tərəfdən gənclərin Azərbaycan tarixinə, ümumilikdə elmə olan marağının stimullaşdırılmasına, elmi biliklərinin artırılmasına, maariflənməsinə, peşə seçiminə istiqamətlənməsinə, digər tərəfdən onların sosiallaşmasına, kollektiv əmək təcrübəsinin artırılmasına yönəlib.

Xəzər Universiteti İctimai əlaqələr və media üzrə rəhbəri Əlövsət Əmirbəyli çıxışında arxeologiya və antropologiya elmlərinin xalqımızın tarixinin öyrənilməsində önəmindən söz açıb.

Könüllülük proqramının rəhbəri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri Orxan Zamanov  könüllülük proqramı çərçivəsində görülmüş işlərdən, könüllülərin qatıldığı elmi seminarlardan, elmi tədqiqatlarla bağlı təcrübə mübadiləsindən, keçirilmiş ictimai tədbirlərdən danışıb. O, könüllülər qarşısında duran yeni fəaliyyət istiqamətlərinə də toxunub.

Çıxışlardan sonra proqram çərçivəsində son dörd ay ərzində, yəni, proqramın yaz dövrü üzrə könüllülərin iştirakçısı olduqları tədbirlərlə bağlı videoçarx nümayiş olunub.

Daha sonra Fərhad Quliyev “Könüllülük təcrübəsi proqramının yaz dövrü” üzrə iştirakçısı olan Bakı Dövlət Universitetini, Xəzər Universitetini, Azərbaycan Dillər Universitetini, Azərbaycan Rəssamlıq Akademiyasını, Azərbaycan Turizm və Menecment Universitetini, Sumqayıt Dövlət Universitetini, Azərbaycan İlahiyyat İnstitutunu, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini və 193 saylı orta məktəbi təmsil edən gənclərə sertifikat və hədiyyələr təqdim etdi. Fəaliyyəti ilə xüsusi fərqlənmiş könüllülər - Könül İbrahimli, Zalikə Bəybalayeva (Xəzər Universiteti), Gülnarə Əsədullayeva (Azərbaycan İlahiyyat İnstitutu), Nəzrin Vəliyeva (Bakı Dövlət Universiteti), Mələk Kərimova (Sumqayıt Dövlət Universiteti) diplomlarla mükafatlandırılıb.

Sia.az və digər saytlar tədbiri işıqlandırıb.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026