Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1311 Arxiv
XƏBƏRLƏR
12 Fevral, 2026"Sİ-nin real dünyaya təsiri" mövzusunda seminar
10 Fevral, 2026Xəzər Univeriteti və “Dünya” Məktəbinin əməkdaşlığı çərçivəsində “Süni İntellekt, Rəqəmsallaşma və Ali Təhsilin Gələcəyi” mövzusunda panel müzakirə keçirildi
09 Fevral, 2026Xəzər Universitetinin İnformasiya texnologiyaları departamentinin direktoru Fərid Musayev  İctimai TV-də
06 Fevral, 2026Qərbi London Universitetinin nümayəndələri  "Xəzər"də
30 Yanvar, 2026Xəzər Universiteti Nature Index reytinqində tədqiqat nəticələrinə görə Azərbaycanda birinci yeri tutub
29 Yanvar, 2026Xəzər Universiteti Avropanın ən yaxşı 400 universiteti sırasında yer alıb
26 Yanvar, 2026Nailəxanım Təqaüd Proqramının qalibi mükafatlandırılıb
22 Yanvar, 2026Universitetin rəhbərliyi və əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər
21 Yanvar, 202620 yanvar hadisələrinin 36-cı ildönümünə həsr olunan anım tədbiri
26 Dekabr, 2025Khazar Talks-3: “Çinin xarici siyasəti: konsepsiyalar, aktorlar və regional dinamikalar” mövzusunda akademik seminar  

“Ortaq türk kültürü: Oğuz türkmanların dünəni, bu günü və gələcəyi” mövzusunda beynəlxalq  simpozium  

2025-ci il mayın 26-27-də  Xəzər Universitetinin Mərmər salonunda “Ortaq türk kültürü: Oğuz türkmanların dünəni, bu günü və gələcəyi” mövzusunda beynəlxalq elmi simpozium keçirilib. Tədbir Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutu (MAFİ) tərəfindən təşkil olunub. Simpoziumda  Azərbaycan alimləri ilə yanaşı, digər ölkələrdən olan tanınmış tədqiqatçılar, ziyalılar və elm adamları iştirak ediblər.

Simpoziumun açılış mərasimi universitetin birinci kurs tələbələri Nigar Ələsgərli və Aydan Əliyevanın çıxışı ilə başlayıb. Onlar Oğuz türkmanların tarixi-mədəni kimliyini əks etdirən poetik nümunə ilə türk xalqlarının ortaq irsini və milli birliyini vurğulayıblar.

Tədbirdə ilk çıxış edən MAFİ-nin koordinatoru Dos. Aynur Qəzənfərqızı simpoziumun elmi məqsədlərindən danışaraq qeyd edib ki, bu cür toplantılar türklərin ortaq mədəni yaddaşını gücləndirmək və gənc nəsillərə ötürmək baxımından olduqca vacibdir.

Xəzər Universitetinin qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı Türk dünyasının qədim mədəniyyətini qorumaq və birgə elmi əməkdaşlığı inkişaf etdirmək zərurətini vurğulayıb.  Bildirib ki, türklərin ortaq mədəni kökləri bu gün elmi əsaslarla yenidən araşdırılmalı və gələcək nəsillərə çatdırılmalıdır.

Tədbirin fəxri qonaqlarından olan Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Qurbanməmmet  Elyasov  türkmən və Azərbaycan xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərindən bəhs edib.

 Əməkdar elm xadimi, Prof. Qəzənfər Paşayev İraq türkmanlarının mədəniyyətindən söz açaraq, onların türk mədəni sistemində tutduğu özünəməxsus yeri elmi faktlarla əsaslandırıb. O, vurğulayıb ki, İraq türkmanları türk dilini, adət-ənənələrini və folklorunu qoruyaraq, öz kimliklərini bu günə qədər yaşada bilmişlər.

Türkmənistan Milli Elmlər Akademiyasının Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun əməkdaşı Prof. Dövlətmurat Yazquliyev qədim türkmən ədəbiyyatının Ortaq Türk yazılı ənənəsi içindəki yerini təhlil edib və türkmən şairlərinin yaradıcılığını nümunə göstərərək, milli poetik dəyərlərin qorunmasından danışıb.

İraqın Bağdad Universitetinin professoru Siham Zengi türkman icmalarının tutduğu mövqedən, dillərinin və adət-ənənələrinin qorunmasından, həmçinin, türkmanların zəngin folklor irsinin mühitdə necə yaşadıldığından söz açıb.

AMEA Fəlsəfə İnstitutunun direktor müavini Prof. Eynulla Mədətli Türk fəlsəfi dünyagörüşünün formalaşmasında Oğuz türklərinin düşüncə mirasının rolunu önə çəkib və bu irsin çağdaş dövrdə fəlsəfi və mədəni əhəmiyyətini izah edib.

Tədbirin xarici (Niderland) qonaqlarından biri, azərbaycanşünas alim, Qarabağ haqqında üç dildə nəşr etdirdiyi 640 səhifəlik tədqiqat əsəri ilə tanınan Henri Van Renz  hazırda türkmən mədəniyyəti üzərində işlədiyini və bu simpoziumun onun üçün zəngin elmi material mənbəyi olduğunu bildirib.

Simpoziumun açılış mərasimi başa çatdıqdan sonra tədbir plenar iclaslarla davam edib, çıxışlar dinlənilib və elmi müzakirələr aparılıb.

Simpoziumun bədii hissəsində  Xəzər Universitetinin Kamera orkestri, universitetin müəllimi aşıq Ramin Qarayev  tədbir iştirakçılarına milli ruhda  musiqi təqdim ediblər.

Nigar Ələsgərli

Azerbaijan dili və ədəbiyyatı ixtisası, İ kurs

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026