Xəzər Universiteti Tarix və arxeologiya departamentinin təşkilatçılığı ilə 2025-ci il mayın 27-də 28 may - Müstəqillik Günü münasibətilə seminar keçirilib. Seminarda departamentini müəllimi Dr. Nurlan Nəsirov çıxış edərək, Azərbaycanın müstəqillik tarixi, 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və 28 Mayın tarixi əhəmiyyəti barədə geniş məlumat verib. Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli istiqlal mübarizəsinin mühüm rolunu vurğulayıb və iştirakçıların suallarını cavablandırıb.
Seminar interaktiv şəraitdə keçib, tələbələr 28 Mayla bağlı aktual məsələlərə dair fikir mübadiləsi aparıblar.