Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 853 Arxiv
XƏBƏRLƏR
25 May, 2026Xəzər Universitetinin rektoru “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransda
22 May, 2026Prof.Akad. Hamlet İsaxanlı Gəncədə akademik - bədii tədbirdə  
15 May, 2026Fövqəladə və səlahiyyətli səfir Xəzər Universitetində
15 May, 2026Türkiyənin İstanbul Esenyurt Universitetinin prorektoru Xəzər Universitetində  
15 May, 2026“Khazar Talks-4” : Emi Karlon`un iştirakı ilə seminar  
15 May, 2026Türkiyənin Kafkas Universitetinin nümayəndələri “Xəzər”də  
13 May, 2026Prof.Akad. Hamlet İsaxanlı beynəlxalq elmi konfransda
07 May, 2026“Xəzər”in rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda iştirak edib
06 May, 2026Xəzər Universitetinin rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda
06 May, 2026“Xəzər”in  rektoru London Universitetində keçirilən beynəlxalq forumda

“Müasir dövrdə ailə dəyərlərimiz” mövzusunda elmi-praktik konfrans

2025-ci il mayın 22-də Xəzər Universiteti, İzmir Katib Çələbi Universiteti, Gəncliyə Yardım Fondu və “İstanbul Ailə Vəqfi”nin birgə təşkilatçılığı ilə “Müasir dövrdə ailə dəyərlərimiz” mövzusunda elmi-praktik konfrans keçirilib.

Xəzər Universitetində təşkil olunan konfransda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib.

Sonra ailə mövzusuna həsr olunmuş və “Dəyər Media Group” tərəfindən hazırlanmış “Ailə varsa, həyat var” adlı videoçarx nümayiş etdirilib.

Xəzər Universitetinin rektoru vəzifəsini icra edən  Prof. Məhəmməd Nuriyev çıxışında bildirib ki, qloballaşan dünyada hər bir ölkənin qarşısında duran əsas məsələ milli-mədəni irsin və mənəvi dəyərlərin qorunmasıdır. Professor belə bir şəraitdə doğru seçim etməyin, kimliyimizi və milli-mənəvi zənginliyimizi qorumağın çətinləşdiyini bildirib. “İki qardaş ölkə – Azərbaycan və Türkiyə arasında bu sahədə həyata keçirilən birgə təşəbbüslər də təqdirəlayiqdir”, - deyə rektor qeyd edib.

Türkiyənin Azərbaycandakı səfiri, Prof. Birol Akgün çıxışında ailə dəyərlərinin müasir dünyada qorunması məsələsinin vacib və həssas olduğunu və buna görə də 2025-ci ilin Türkiyədə Prezidentin təşəbbüsü ilə “Ailə ili” elan edildiyini bildirib. Səfir qeyd edib ki, Türkiyədə ailə institutunun möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib və bu təşəbbüs müvafiq istiqamətdə ictimai və akademik diqqətin artmasına səbəb olub. Birol Akgün Azərbaycanda bu məsələni qaldırdıqları və elmi-praktik konfransla gündəmə gətirdikləri üçün təşkilatçılara təşəkkür edib, tədbirin fəaliyyətinə uğurlar arzulayıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında müasir dövrdə milli-mənəvi dəyərlərin hədəf alındığını, bu savaşın təkcə mədəniyyət yox, düşüncə mübarizəsi olduğunu, ailə institutunu zəiflətməklə milli dəyərlərin zəiflədildiyini qeyd edib. Deputat bildirib ki, ailə dəyərləri bizim milli kimliyimizin təməlidir və tarix boyu cəmiyyətimizi bir arada saxlayan ən mühüm sütun məhz ailə olub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva çıxışında sosial medianın ailələrə böyük zərbə vurduğunu, bu kimi məsələlərdə təkcə valideynlərin məsuliyyət daşımadığını, cəmiyyətin laqeyd yanaşmasının da mənfi hadisələrə səbəb olduğunu bildirib.

Sonra çıxış edən Katib Çələbi Universitetinin rektoru Prof. Saffet Köse ABŞ-ı misal gətirərək, müasir dövrdə ailə məfhumunun dəyişdirilməyə çalışıldığını və xüsusən də atasız ailə modelinin tətbiq edilməyə çalışıldığını diqqətə çatdırıb. Sosioloq və psixoloqların həyəcan təbili çaldığını bildirən Saffet Köse araşdırmalarda atasız ailələrin bütün aspektlərdə geridə qaldığını və yenidən əvvəlki ailə modelinə qayıtmağın vacib olduğu qənaətinə gəlindiyini söyləyib.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim mədəniyyətimizdə, milli və mənəvi dəyərlərimizdə ailənin böyük məna kəsb etdiyini, Türk dünyasında ailənin ülvi məna daşıdığını bildirib. Qeyd edib ki, hazırda ailələr məqsədyönlü şəkildə dağıdılır və beləliklə minillik mədəniyyətimiz parçalanır. O vurğulayıb ki, cəmiyyəti ayaqda tutan sağlam, milli kimliyinə sahib çıxan və ənənəvi dəyərlərini qoruyan ailədir.

Rəsmi açılış mərasimindən sonra konfrans panel çıxışları ilə davam edib. Panel iclasda “Müasir dünyada ailəmiz: problemlər - həll yolları”, “Rəqəmsal cəmiyyətdə ailə institutu və dəyərlərin transformasiyası: sosial-demoqrafik trendlər, çağırışlar”, “Müasir Azərbaycan ailəsi: sosioloji təhlil”, “Zamanla dəyişən rollar: Ər və arvadın çağdaş modeli”, “Türk-İslam mədəniyyət tarixində ailə institutu” mövzularında məruzələr dinlənilib.

Konfransın sonunda məruzəçilər təşkilatçılar tərəfindən plaketlə təltif ediliblər.

AZƏRTAC tədbir haqqında xəbər yayımlayıb.

https://azertag.az/xeber/muasir_dovrde_aile_deyerlerimiz_movzusunda_elmi_praktiki_konfrans_kechirilir-3570179

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026