Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1408 Arxiv
XƏBƏRLƏR
12 Oktyabr, 2026Bişkekdə Azərbaycan dili və ədəbiyyatına həsr olunmuş beynəlxalq elmi simpozium
09 Oktyabr, 2026Xəzər Universiteti ilə SunLab MMC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb  
09 Oktyabr, 2026Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva ADA Universitetində keçirilən simpoziumda çıxış edib  
09 Oktyabr, 2026Ümumdünya Quduzluqla Mübarizə Gününə həsr olunmuş tədbir  
08 Oktyabr, 2026Xəzər Universitetinin strateji inkişafında yeni mərhələ: Hidayət Şimşək Direktorlar və Qəyyumlar Şurasının üzvü seçilib  
21 Sentyabr, 2026Əməkdaşlığın yeni perspektivləri  
17 Sentyabr, 2026Yeni dərs ili başladı
17 Sentyabr, 2026Prof.Akad. Hamlet İsaxanlı “KOYA 10” çərçivəsində Bakı şəhərinin tarixinə dair məruzə ilə çıxış edib
03 Sentyabr, 2026Xəzər Universiteti və Károli Qáspár Universiteti arasında əməkdaşlıq genişləndirilir
02 Sentyabr, 2026Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür  

“Xəzər” tələbələrinin Tələbə Elmi Konfransında fəallığı

2025-ci il aprelin 28-də Bakı Avrasiya Universiteti Nəzəri dilçilik və türk dilləri kafedrasının təşkilatçılığı ilə “Qloballaşan dünyada milli dillər gənc filoloqların araşdırmalarında” mövzusunda Tələbə Elmi Konfransı keçirilmişdir. Konfransda ölkənin müxtəlif ali təhsil müəssisələrinin tələbə və müəllim heyəti iştirak etmişdir.

Tədbirin açılış mərasimində Bakı Avrasiya Universitetinin elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru Prof. Gülzar İbrahimova, Tədrisin təşkili departamentinin müdiri Dos. Natella Quliyeva,  Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri, filolofiya üzrə fəlsəfə doktoru Dos. Zəminə Rüstəmbəyli, Nəzəri dilçilik və türk kafedrasının professoru Ədalət Tahirzadə, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Prof. Elmira Kekeç, Xəzər Universitetinin müəllimi və Xəzər Mədəni Antropologiya və Folklor İnstitutunun (Xəzər MAFİ)  koordinatoru, filologiya üzrə fəlsəfə doktoru Dos. Aynur Qəzənfərqızı və digər  mütəxəssislər çıxış ediblər. Çıxışlarda milli dillərin qorunmasının vacibliyi, qloballaşma dövründə dil kimliyinin saxlanılması, gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunmasının əhəmiyyəti xüsusi vurğulanmışdır.

Konfrans plenar iclasla işə başlamış və iclasa Dos. Zəminə Rüstəmbəyli sədrlik etmişdir. Plenar iclasda dilçilik, qloballaşma, sosial media və milli dillərin qorunması kimi mövzularda tələbə məruzələri dinlənilmiş, elmi müzakirələr aparılmışdır.  Sonra bölmə iclasları keçirilmişdir. Bölmələrdə  Azərbaycan dili, türkologiya və ingilis dili sahələri üzrə aparılan tədqiqatlar əsasında tələbə çıxışları təqdim olunmuşdur.

Xəzər Universitetinin tələbələri də Azərbaycan dili və türkologiya sahələrində apardıqları elmi araşdırmalarla bölmə iclaslarında fəallıq göstərmişlər. Xəzər Universitetindən konfransda Xəzər MAFİ-nin koordinatoru dos. Aynur Qəzənfərqızının elmi rəhbərliyi ilə Pəri Nəsibova (Filologiya ixtisası, 1-ci kurs) “Azərbaycan və Qırğız mətbəxində yeməklərin adlandırılması”; Kamilə Səfərbəyova (Filologiya ixtisası, 1-ci kurs) “Qırğız manasçısı Sayakbay Karalayev ilə Azərbaycan aşığı Stal Süleymaniski yaradıcılığında dil-üslub xüsusiyyətləri”; Nigar Ələsgərli (Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası, 1-ci kurs) “Toktoğul və S.Ə.Şirvani yaradıcılığında dil-üslub xüsusiyyətləri”; Aydan Əliyeva (Filologiya ixtisası, 1-ci kurs) “Sovet dövrü folklorşünaslığında toplanmış materialların dil və üslub xüsusiyyətləri”; İnci Məmmədova (Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisası, 2-ci kurs) “Süni intellekt və dilin gələcəyi: tərcümə, dil öyrənmə və linqvistik inkişafa təsirləri”, həmçinin Dillər bölməsinin koordinatoru Dr. Sevinc Qəmbərlinin elmi rəhbərliyi ilə Günel Abuşova (İbtidai sinif müəllimliyi ixtisası, 2-ci kurs) “Azərbaycan dilinin Kürdəmir şivəsinin leksikası”; Şənay Mirzə (İbtidai sinif müəllimliyi ixtisası, 1-ci kurs) “Azərbaycan və Özbək dillərində ortaq leksika” mövzularında çıxış etmişlər.

Konfransın sonunda təşkilatçılar tədbirin həyata keçirilməsinə dəstək göstərən universitetlərə və iştirakçılara təşəkkür etmiş, gələcəkdə də bu cür elmi tədbirlərin davam etdiriləcəyi və gənc filoloqların elmi fəaliyyətlərinə hərtərəfli dəstək veriləcəyi bildirilmişdir.

Belə tədbirlər milli dillərin qorunmasına, gənc tədqiqatçıların elmi potensialının inkişafına və elmi fikir mübadiləsinin genişlənməsinə mühüm töhfə verir.

 

Ələsgərli Nigar

Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası (1-ci kurs), Xəzər MAFİ könüllüsü

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026