Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1734 Arxiv
XƏBƏRLƏR
02 İyul, 2026“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir  
29 İyun, 2026Xəzər Universitetinin Kamera Orkestrinə Nailəxanım İsayevanın adı verildi
23 İyun, 2026Rektor Dr. Raziyə  İsayeva “Sultan bin Abdulaziz Al Saud Beynəlxalq Dil Təlimi Proqramı”nın bağlanış mərasimində  
23 İyun, 2026Sevgi və gözəlliyin izi ilə: H.İsaxanlının “Dəli ceyran” romanının müzakirəsi  
22 İyun, 2026Xəzər Universiteti ilə Varna Azad Universiteti arasında əməkdaşlıq memorandumu
10 İyul, 2026Xəzər Universiteti Elmi Şurasının növbəti iclası keçirilmişdir  
10 İyul, 2026Xəzər Universiteti və SUP VC arasında əməkdaşlıq imkanları müzakirə olunub  
10 İyul, 2026Departament  müdiri III Türk Dünyası Yay Forumunda
09 İyul, 2026Departament müdiri 30-cu Beynəlxalq Dədə Qorqud Simpoziumunda
08 İyul, 2026PhD tələbələri Xəzər Universitetində təcrübə proqramını uğurla başa vurublar  

Biznes-Sənaye Klubunun (KUBIC) nümayəndələri ilə tələbələrin görüşü    

2025-ci il mayın 1-də  Xəzər Universitetinin Mərmər salonunda “Biznes nümayəndələrinin tələbələrlə görüşü” adlı tədbir keçirildi. Görüş universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlının təşəbbüsü ilə 27 fevral 2025-ci il tarixində yaradılmış Biznes-Sənaye Klubunun (KUBIC) təşkilatçılığı ilə baş tutdu.

Tədbiri Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli açaraq, iştirakçıları salamladı və tədbirin məqsədi barədə ətraflı məlumat verdi. Görüşün moderatoru universitetin Həyat elmləri departamentinin müdiri Dr. Cəmalə Eldarova oldu.

Tədbirdə KUBIC-in İdarə Heyətinin üzvləri – müxtəlif sahələri təmsil edən biznes nümayəndələri: ENERGAZER şirkətinin baş icraçı direktoru Süleyman Məcidli, HRC GROUP-un təsisçisi və direktoru, eyni zamanda Bakuelectronics şirkətinin direktor müavini Ruslan Hümbətov, Financial Chain Corporation-un idarəedici tərəfdaşı Zaur Qədirov və Parla Pharmaceuticals şirkətinin baş icraçı direktoru Arash Nosrati iştirak edərək, tələbələrlə karyera təcrübələrini bölüşdülər. Onlar biznes mühitindəki son yeniliklər, mövcud çağırışlar və uğur strategiyaları barədə dəyərli məlumatlar təqdim etdilər.

Süleyman Məcidli çıxışında KUBIC-in yaradılma məqsədi, təşəbbüsün yaranma mərhələləri,  klubun loqosu, vizionu, fəaliyyət istiqamətləri barədə danışdı. O, klubun tələbələr üçün peşəkar inkişaf, şəbəkələşmə və layihələrdə iştirak imkanları baxımından geniş üstünlüklər yaratdığını qeyd etdi.

Ruslan Hümbətov klub çərçivəsində təqdim olunacaq təcrübə və işə qəbul imkanları haqqında məlumat verərək, tələbələrin real iş mühitində təcrübə qazanmasının əhəmiyyətini nəzərə çatdırdı.

Zaur Qədirov isə klubun planlaşdırdığı seminar, vorkshoplar, təqaüd proqramları, yay məktəbləri və beynəlxalq tələbə mübadilə proqramları haqqında geniş məlumat verdi, tələbələrin qlobal düşüncə tərzi və rəqabətə davamlı bacarıqlar qazanmasının önəmini vurğuladı.

Arash Nosrati isə KUBIC-in startap akselerator proqramından danışdı. O, bu proqramın tələbələrin öz innovativ ideyalarını inkişaf etdirmələri, sahibkarlıq potensiallarını reallaşdırmaları və beynəlxalq səviyyədə təqdim etmələri üçün yaratdığı mentorluq, maliyyə və şəbəkələşmə imkanlarını açıqladı.

Tədbirin interaktiv hissəsində çoxsaylı tələbələr məruzəçilərə təcrübə proqramları, xarici əməkdaşlıqlar, mentorluq, akademik dəstək, startap inkişafı və karyera quruculuğu ilə bağlı suallar ünvanladılar. Spikerlər hər suala ətraflı və həvəsləndirici cavablar verərək, tələbələrin maraqlarını yüksək dərəcədə nəzərə aldılar.

Tədbirin sonunda qeyd olundu ki, bu görüş KUBIC-in fəaliyyətinin ilk addımıdır və gələcəkdə daha genişmiqyaslı layihələr, yeni tərəfdaşlıqlar və beynəlxalq əməkdaşlıqlar planlaşdırılır. Biznes-Sənaye Klubu universitet daxilində tələbələrin bilik, bacarıq və təşəbbüskar düşüncələrinin inkişafı üçün əhəmiyyətli bir platformaya çevrilməkdədir.

Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026