25 sentyabr 2024-cü il tarixində İnkişaf Ofisinin müdiri Raziyə İsayeva tərəfindən Korporativ mədəniyyət və təşkilati öyrənmə adlı vörkşop keçirilib. Tədbir öyrənməmərkəzli təşkilatın inkişafında korporativ mədəniyyətin rolunu araşdırmaq üçün inzibati və akademik heyəti bir araya gətirib.
Vörkşopda Raziyə İsayeva korporativ mədəniyyəti formalaşdıran əsas elementləri müzakirə edib, paylaşılan dəyərlərin, inancların və təcrübələrin institusional uğura necə töhfə verdiyini vurğulayıb. O, həmçinin dinamik və dayanıqlı təşkilati mühitin inkişafında davamlı öyrənmə və bilik mübadiləsinin əhəmiyyətini qeyd edib.
Tədbirdə aparılan interaktiv müzakirələr və göstərilən praktiki nümunələr iştirakçıları Xəzər Universitetinin əməkdaşlıq və inkişaf mədəniyyətinin gücləndirilməsində öz rolları haqqında düşünməyə təşviq edib. Vörkşop eyni zamanda, peşəkar inkişafı artırmaq və institusional təcrübələri Xəzər Universitetinin strateji məqsədlərinə uyğunlaşdırmaq üçün olan geniş təşəbbüsün bir hissəsi idi.