Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dos. Orxan Vəliyevin “Yapay Zeka Çağı’nda Ulusal Egemenliğin Geleceği” (Süni intellekt dövründə milli suverenliyin gələcəyi) adlı məqaləsi Türkiyənin aylıq “Kriter” jurnalında (“Kriter”, aprel, 2025-ci il, cild 9, sayı 100) işıq üzü görüb. Jurnal Türkiyədə nüfuzlu dərgi hesab olunur.
Müəllif məqalədə informasiyanın sürətlə yenilənməsi, bu prosesin dövlət suverenliyinə təsiri, müasir texnologiyaların inkişafı ilə milli dövlətçilik ənənələrində baş verə biləcək dəyişikliklər və digər məsələlərə toxunmuşdur.
Link: https://kriterdergi.com/ara/yapay-zek-caginda-ulusal-egemenligin-gelecegi