Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı 2025-ci il fevralın 19-da Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Türk Akademiyasının prezidenti Akad. Şahin Mustafayevin tərtib etdiyi iki cildlik “Təbriz livasının müfəssəl dəftəri” kitabının təqdimatında iştirak etmişdir.
H.İsaxanlı çıxışında Təbriz şəhərinin Azərbaycan tarixində böyük rolu və Türk Akademiyasının prezidenti Akad. Şahin Mustafayevin hazırladığı geniş giriş məqaləsi yazilmiş iki cildlik “Təbriz livasının müfəssəl dəftəri” kitabının əhəmiyyətindən bəhs etmişdir.