Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1105 Arxiv
XƏBƏRLƏR
18 İyun, 2026Xəzər Universitetinin  “QS World University Rankings 2027” reytinqində əhəmiyyətli irəliləyi
12 İyun, 2026Xəzər Universitetinin koordinatoru olduğu DIRNA layihəsinin yekun görüşü
12 İyun, 2026DIRNA layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində seminar və təlim proqramı  
12 İyun, 2026Yeni tədris binası və müasir tədris klinikasının açılışı  
03 İyun, 2026Prof.Akad. Hamlet İsaxanlıya  Fəxri Şəhadətnamə təqdim edilib  
03 İyun, 2026İsrailin fövqəladə və səlahiyyətli səfiri Xəzər Universitetində
26 May, 2026Prof.Akad.Hamlet İsaxanlı ədəbiyyat və kitab festivalında
25 May, 2026Xəzər Universitetinin rektoru “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransda
22 May, 2026Prof.Akad. Hamlet İsaxanlı Gəncədə akademik - bədii tədbirdə  
15 May, 2026Fövqəladə və səlahiyyətli səfir Xəzər Universitetində

Elmi araşdırmalar üzrə illik hesabat görüşü

2025-ci il fevralın 4-də Xəzər Universitetində fəaliyyət göstərən tədqiqat mərkəzlərinin, akademik departamentlərin və fərdi alimlərin elmi araşdırma fəaliyyəti haqqında illik hesabat görüşü keçirildi. Görüş çərçivəsində universitetdə aparılan elmi tədqiqatların nəticələri, əldə edilən nailiyyətlər, qarşıya çıxan çətinliklər və onların həlli yolları, həmçinin beynəlxalq və yerli əməkdaşlıqların təsiri, elmi nəşrlərin və layihələrin perspektivləri, eləcə də gələcək tədqiqat istiqamətləri müzakirə olundu.

Görüşü Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyymlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı açdı. O, universitetin son illərdə elmi fəaliyyət sahəsində əldə etdiyi uğurlardan bəhs edərək, tədqiqatların universitetin beynəlxalq nüfuzuna təsirindən danışdı.  Eyni zamanda, elmi tədqiqatların keyfiyyətinin artırılması, multidissiplinar araşdırmaların təşviq olunması və universitetin elmi nəşrlərinin beynəlxalq səviyyədə daha geniş tanıdılması istiqamətində atılmalı olan addımları vurğuladı. Həmçinin, tədqiqat mərkəzlərinin fəaliyyətinin dəyərlindirilməsi üçün yaradılmış komissiya və onların üzərinə qoyulan öhdəliklərlə bağlı fikirlərini səsləndirdi.

Qeyd edək ki, komissiya bu tərkibdə yaradılmışdı: Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxərəndə Əfəndiyeva, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı Günel Bahəddinova, İqtisadiyyat və menecment fakültəsinin dekanı Raziyə İsayeva, İqtisadiyyat və biznes yüksək təhsil fakültəsinin dekanı İnqilab Əhmədov, Fizika və elektronika departamentinin müdiri Fəridə Tatardar, Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova.

Komissiya adından geniş hesabatı Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əfəndiyeva təqdim etdi. O, bu mərkəzlərin qarşıya qoyduğu əsas məqsədlər, əldə olunan nəticələr və qarşıdakı dövrdə nəzərdə tutulan strateji planlar haqqında ətraflı məlumat verdi. Hesabatın sonunda komissiyanın irəli sürdüyü tövsiyələr dinlənildi və onların reallaşdırılması üçün müvafiq addımlar müzakirə edildi.

Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova 2024-cü il üzrə departamentlərin və fərdi tədqiqatçıların elmi fəaliyyət nəticələrini əks etdirən hesabatı təqdim etdi. O, universitetin elmi məhsuldarlığının artırılması, tədqiqatların keyfiyyətinin yüksəldilməsi və məqalələrin beynəlxalq reytinqli jurnallarda dərc olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi.

Tədbirin yekun hissəsində 2024-cü ildə ən çox elmi araşdırma aparan departamentlər və fərdi tədqiqatçılar təşəkkürnamə və mükafatlarla təltif olundu. Belə ki, 2024 - cü ildə ən çox elmi məqalələr dərc etdirən Fizika və elektronika departamenti “İlin ən yaxşı departamenti” və həmin departamentin tədqiqatçısı Günel İmanova və İqtisadiyyat və menecment fakultəsinin tədqiqatçısı Mustafa Kartal “İlin ən yaxşı tədqiqatçısı” kimi sertifikat və mükafata layiq görüldülər.

Yekunda Hamlet İsaxanlı tədqiqat mərkəzlərinə və departamentlərə universitetin elmi potensialının daha da gücləndirilməsi, beynəlxalq tədqiqat şəbəkələrinin genişləndirilməsi və müasir elmi çağırışlara cavab verən araşdırmaların həyata keçirilməsi üçün müvafiq tövsiyələr verdi.

Tədbirin sonunda iştirakçılar universitetin elmi inkişafına dair yeni təşəbbüsləri müzakirə edərək, gələcək əməkdaşlıq və layihələr haqqında fikir mübadiləsi apardılar.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026