Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1024 Arxiv
XƏBƏRLƏR
23 Oktyabr, 2025Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının və yeni təyin olunmuş rektorun təqdimatı
08 Oktyabr, 2025Ankara Universiteti ilə əməkdaşlıq genişlənir
08 Oktyabr, 2025Bursa Uludağ Universiteti ilə əməkdaşlıq protokolu imzalanıb
16 Sentyabr, 2025Xəzər Universiteti nümayəndə heyətinin Buxara səfəri: 95 illik yubiley, “Cadidlər” konfransı və yeni tərəfdaşlıqlar
14 Sentyabr, 2025Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun nümayəndə heyəti ilə görüş  
05 Noyabr, 2025Xəzər Universitetinin yeni nəşri: “Koreya xalq nağılları”
04 Noyabr, 2025“Alumni Breakfast”– məzunları bir araya gətirən görüş
04 Noyabr, 2025“I Dünya Savaşında Nargin’də Osmanlı Esirleri (Azerbaycan Türklerinin Esirlere Yardımları)” adlı kitabın təqdimatı
04 Noyabr, 2025Departament müdirinin məqaləsi “Eurasian Research Journal”-da
04 Noyabr, 2025Departament müdirinin “TRT World” kanalına müsahibəsi

“Xəzər Xəbər” jurnalının 30 illiyinə  həsr olunmuş yubiley tədbiri

2025-ci il yanvarın 31-də Xəzər Universitetinin Mərmər salonunda “Xəzər Xəbər” jurnalının 30 illiyinə  həsr olunmuş yubiley tədbiri keçirildi. Tədbirdə universitetin rəhbərliyi və Elmi Şura üzvləri, yurnalın redaksiya heyətinin üzvləri, sabiq və hazırkı əməkdaşları, “Dünya” məktəblərinin rəhbərliyi və əməkdaşları,   Azərbaycan Mətbuat Şurasınnı rəhbərliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları, Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbərliyi iştirak edirdilər.

Tədbirin aparıcısı, “Dünya” məktəbinin əməkdaşı Afaq Qəmbərova iştirakçıların nəzərinə çatdırdı ki, “Xəzər Xəbər” jurnalı 1995-ci ilin yanvarından etibarən Xəzər Universitetinin təsisçiliyi ilə mətbuat aləminə daxil olmuş və fasiləsiz nəşr olunur. Ötən illər ərzində axtarışlara meyilli inkişaf yolu keçən jurnal Azərbaycan, türk, rus və ingilis dillərində məqalələr çap edən mətbu nəşrə, artıq on beş ilə yaxındır ki, ikidilli jurnala çevrilmiş, çüzi istisna ilə Azərbaycan dilindəki yazılar ingilis dilinə tərcümə edilərək, nəşr olunur. Ümumilikdə jurnal Xəzər Universitetinin kamil salnaməsini yaradaraq, gələcək onilliklərə yadigar qoyur.

Sonra universitetin Multimeda Mərkəzinin jurnalın keçdiyi yolu əks etdirən fotolardan ibarət hazırladığı  çarx nümayiş olundu.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, “Xəzər Xəbər” jurnalının təsis olunduğu vaxtdan bu günədək baş redaktoru Hamlet İsaxanlı çıxış etdi. “Xəzər Xəbər”in ilk qəzet nömrəsinin nümayişi ilə çıxışıına başlayan H. İsaxanlı sonradan qəzetin jurnala çevrilməsindən və  inkişaf yolundan danışdı. Qeyd etdi ki, jurnal hazırda çoxsaylı rubrikaları vasitəsilə universitetin tədris və tələbə mühitini, , beynəlxalq əlaqələrini, ölkə və xarici mediada yer almasını və s. fəaliyyətini işıqlandırmaqla “Xəzər”in dolğun həyatını əks etdirir. Natiq jurnalın ölkə təhsili və elmi ilə əlaqələrindən də danşaraq qeyd etdi ki, akademik İsa Həbibəyli təxminən 15 il əvvəl Naxçıvan Dövlət Universitetinin rektoru ikən ”Xəzər Xəbər” jurnalının təşəbbüsünü dəstəkləyərək, Naxçıvan Dövlət Universitetində ”Xəzəı Xəbər” jurnalının bürosunun açılmasına göstəriş verdi və büro bu günədək fəaliyyət göstərir. Bununla həm jurnalın hər nömrəsinin bir neçə səhifəsində universitetin həyatı işıqlandırılır, həm də jurnal Naxçıvanda tanınır. İsa müəllim təxminən 11 il əvvəl Bakıya gəlib Akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna direktor təyin ediləndən sonra, redaksiyanın heç gözləmədiyi halda, jurnalın institutda bürosunun açılmasını təklif etdi və hazırda jurnalın hər nömrəsinin bir neçə səhifəsində institutun, bəzən akademiyanın tədbirləri haqqında yazılar dərc olunur. H. İsaxanlı qeyd etdi ki, belə təcrübəni genişləndirmək də olar.

Qeyd olundu ki, “Xəzər Xəbər” jurnalı baş redaktor tərəfindən çapa imzalanandan  sonra dərhal özünün  internet saytında oxuculara təqdim olunur. Bu operativ iş İnternet media şöbəsində icra olunur. Həmçinin, nəzərə çatdırıldı ki, Xəzər Xəbər jurnalının redaksiyası jurnalın nəşrindən əlavə universitetin vebsaytını da idarə edir.  Universitetin əməkdaşları tərəfindən göndərilən xəbərlər redaksiyada hazırlanıb, ildə 800-900 yüz olmaqla universitetin saytında yerləşdirilir. Bu işlə İnformasiya texnologiyaları şöbəsi məşğul olur.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist, Prezident təqaüdçüsü, Prof. Qulu Məhərrəmli çıxış edərək, şuranın təbrik məktubunu oxudu, jurnalın Azərbaycan Mədəniyyətinin, elminin, elmi-pedaqoji mühitinin peşəkar təbliğinə, sahə jurnalistikasının inkişafına yönələn xidmətlərinə görə və 30 illik yubileyi münasibəti ilə şuranın diplomu ilə təltif olunduğunu bildirdi və təbrik məktubunu, diplomu H. İsaxanlıya təqdim etdi.

Tədbirdə uzun illər “Xəzər Xəbər” jurnalının baş redaktor müavini işləmiş şair, alim-şair, hazırda jurnalın redaksiya heyətinin üzvü, BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, jurnalın redaksiya heyətinin üzvü, BDU-nun professoru İsmixan Yusubov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəis müavini Rəhim Rəhimli çıxış etdilər.

Çıxışlardan sonra “Xəzər Xəbər” yurnalının fəaliyyətində əməyi olanlar təşəkkürnamə ilə təltif edildilər:

Baş redaktor – Hamlet İsaxanlı;

Redaksiya heyətinin üzvləri  –  Alla Axundova, İsa Həbibbəyli, İsaxan İsaxanlı, İsmixan Yusubov, Knyaz Aslan;

İctimai əlaqələr və media üzrə direktorluq – Əlövsət Əmirbəyli;

“Xəzər Xəbər”in Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bürosu  – Ağahüseyn Şükürov, Gülnar Səma (AMEA);

Sabiq əməkdaşlar –Vahid Ömərli, Mirrafiq Əbdülrəhimov, Zakir Nəbiyev, Afaq Qəmbərova, Razim Məmmədli, Cabir Məmmədli, Ceyhun İsayev;

Mətbəə əməkdaşları  – Rüfət İsayev, Azər Yunusov, Aynurə Xəlilova, Mehri Əbilova;

Multimedia Mərkəzi – Natella Barkaya, Səbinə Əliyeva, Leyla Mustafayeva, Xatimə Nadiri, Ülkər Hüseynli;

İngili dili və ədəbiyyatı departamenti – Firəngiz Nəsirova;

Tərcüməçilər –  Vəfa Aslanova, Gülcan Qulaxmed, Zamirə Qurbanova, Elmira Cahangirli;

“Dünya” məktəbinin əməkdaşları – Mədinə Karahan, Ülkər Kərimova, Nigar Buqayeva, Lamiyə Piriyeva;

İnternet media şöbəsi – Alik Əlioğlu;

İnformasiya texnologiyaları şöbəsi – Nicat Abdullayev;

“Xəzər-Xəbər”in hazırkı əməkdaşları – Əlirza Balayev, Əfruz Fərzəliyeva, Günel Əkbərova.

 

Təşəkkürnamələri Hamlet İsaxanlı, Xəzər Universitetinin Tədris işləri üzrə prorektoru Məhəmməd Nuriyev, İsaxan İsaxanlı, Qulu Məhərrəmli, Xəzər Universitetinin professoru, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev, İsmixan Yusubov, Knyaz Aslan, “Xəzər “Xəbər” jurnalının baş redaktor müavini Əlirza Balayev təqdim etmişlər.

 

Yubiley tədbiri konsert proqramı ilə müşayiət olundu. Konsert proqramını universitetin Musiqi və incəsənət departamentinin müdiri, Azərbaycanın əməkdar müəllimi, tanınmış pianoçu Zülfıyyə Sadıqovanın rəhbərliyi və Meri Çeminava`nın dirijorluğu ilə Xəzər Universitetinin Kamera orkestri təqdim etdi. Solist Xəzər Universitetinin müəllimi, tələbələrdən ibarət xor kollektivinin rəhbəri Məhsəti Azaflı idi.

Yubiley tədbiri xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2025