Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1104 Arxiv
XƏBƏRLƏR
28 Noyabr, 2025Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva beynəlxalq konfransda çıxış etmək üçün Çinə səfər edib
21 Noyabr, 2025Симфония памяти: «Азербайджанский поэтический венок Сергею Есенину»
18 Noyabr, 2025Görkəmli yeseninşünas alimin yeni kitabı
18 Noyabr, 2025İsaxan İsaxanlı 2025-ci il  "О русь, взмахни крылами" Beynəlxalq Yesenin mükafatının qalibi olub
07 Noyabr, 2025Zəfərin 5 illiyinə həsr olunmuş tədbir
23 Oktyabr, 2025Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının və yeni təyin olunmuş rektorun təqdimatı
08 Oktyabr, 2025Ankara Universiteti ilə əməkdaşlıq genişlənir
08 Oktyabr, 2025Bursa Uludağ Universiteti ilə əməkdaşlıq protokolu imzalanıb
16 Sentyabr, 2025Xəzər Universiteti nümayəndə heyətinin Buxara səfəri: 95 illik yubiley, “Cadidlər” konfransı və yeni tərəfdaşlıqlar
14 Sentyabr, 2025Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun nümayəndə heyəti ilə görüş  

“Unudulmuş qədim bayramlarımız: Çillə gecəsi” mövzusunda tədbir  

2024-cü il dekabrın 20-də Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun (MAFİ) təşkilatçılığı ilə “Unudulmuş qədim bayramlarımız: Çillə gecəsi” mövzusunda məlumatlandırıcı tədbir keçirildi. Tədbirin məqsədi qədim türk inancları və mədəniyyətində xüsusi yer tutan Çillə bayramının ənənələrini yenidən xatırlatmaq, bu dəyərləri gənc nəsillərə çatdırmaq idi.

Tədbir boyunca aparıcılar qədim türklərin təbiətlə bağlı ayinləri və Göy Tanrı inancı haqqında geniş məlumat verdilər. Qədim türklərin 21 dekabr gecəsini, yəni ilin ən uzun gecəsini qaranlıq ilə işığın mübarizəsi kimi qeyd etdikləri vurğulandı. Bu gecə insanların günəşə dəstək olmaq üçün oyaq qalması, küknar ağacı bəzəməsi və əyləncələr təşkil etməsi barədə maraqlı faktlar tamaşaçılara təqdim edildi.

Tədbir çərçivəsində xüsusi olaraq həyata keçirilən “Divani Lüğət-it-Türk yeniyetmə tədqiqatçıların ifasında” adlı layihə böyük marağa səbəb oldu. Bu layihə Xəzər Universiteti və Qusar rayonunun Cibir kənd tam orta məktəbinin VIII “b” sinif şagirdlərinin birgə əməkdaşlığı ilə həyata keçirilmişdi. Layihənin rəhbəri, Xəzər Universitetinin məzunu və hazırda Cibir məktəbində fəaliyyət göstərən Nəcibə Zeynalova  MAFİ-nin koordinatoru Dos. Aynur Qəzənfərqızının dəstəyi ilə yeniyetmə şagirdləri qədim türk ədəbiyyatına maraq göstərməyə və onu səhnələşdirməyə təşviq etmişdi.

Tədbirin ən maraqlı hissələrindən biri də məhz həmin layihə çərçivəsində hazırlanan səhnəciklər oldu. Cibir məktəbinin şagirdləri qədim türk mədəniyyətini əks etdirən səhnələrlə qədim inancların və adətlərin yenidən canlanmasına töhfə verdilər. Onların təqdim etdiyi səhnəciklər “Kutadqu Bilik” əsərindən ilhamlanaraq hazırlanmışdı və qədim hikmətlərin çağdaş dövrdə nə qədər əhəmiyyətli olduğunu göstərirdi.

Bundan başqa, tədbirdə Xəzər Universitetinin müəllimi aşıq Ramin Qarayev Hamlet İsaxanlının şeirini Bayatı-Şiraz üstündə sazda ifa edərək, tamaşaçılara düşündürücü anlar yaşatdı. Şagirdlərin ifası və musiqi çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.

Tədbirin bağlanışında aparıcılar vurğuladılar ki, bu tədbir milli irsi yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçün bir addım idi. Sonda tədbirin təşkilatçıları Dos. Aynur Qəzənfərqızı və Nəcibə Zeynalova bu cür layihələrin davamlı olmasının vacibliyini bildirdilər və öz ürək sözlərini bölüşdülər.

Layihə ali təhsil ilə orta məktəb arasında körpü yaradaraq, qədim türk ədəbiyyatı və mədəniyyətinin yenidən kəşf edilməsində mühüm rol oynadı.

 

Aydan Nəsirli

Xəzər Universiteti, Filologiya (İngilis dili və ədəbiyyatı) ixtisası, ll kurs

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2025