2024-cü il dekabrın 11-də Xəzər Universitetinin koordinatorluq etdiyi ERASMUS+ DIRNA layihəsi çərçivəsində onlayn görüş keçirildi.
Görüşdə Azərbaycan tərəfdaş universitetləri və İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndələri iştirak edirdi. DIRNA layihəsi çərçivəsində qurulacaq elektron arxiv platformasının strukturu, metadataların hansı başlıqlara uyğun daxil olunması və daha sonrakı mərhələlərdə hər bir universitetdə sistemin hansı formada fəaliyyət göstərməsi haqqında müzakirələr aparıldı.