Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dos. Orxan Vəliyevin “Belirsizlik Çağında Türk Refleksi: Türk Devletleri Teşkilatı” adlı məqaləsi Türkiyənin aylıq “Kriter” jurnalında (dekanr 2024-cü il, nömrə 96) işıq üzü görüb.
Müəllif məqalədə İkinci Qarabağ müharibəsindən və Şuşa bəyannaməsindən sonra Azərbaycan-Türkiyə münasibətləri, Türk dövlətlərinin ortaq tarixi və mədəni əlaqələrinin onların hazırkı əməkdaşlığını necə formalaşdırması və digər məsələlərə toxunmuşdur.