Xəzər Universiteti Asiya İnkiışaf Bankı İnstitutu (ADBI) ilə birgə COP29 tədbirləri çərçivəsində 2024-cü il noyabrın 14-də universitetin Mərkəz kampusunda “İqlim fəaliyyətində vətəndaş cəmiyyətinin rolu: həssas əhali qrupuna dəstək” (Civil Society Climate Action: collaboration to support vulnerable populations) adlı konfrans keçirdi.
Konfransda 20-dən çox ölkənin təmsilçiləri iştirak etdi. Müzakirələr iqlim dəyişikliyinin gender aspektləri, gənclərin bu istiqamətdə təşkilatlanması və icma səviyyəsində fəaliyyətin səmərəliliyinin artırılması yolları, ayrı-ayrı ölkələrin bu sahədə təcrübələri ətrafında aparıldı.