Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1305 Arxiv
XƏBƏRLƏR
02 İyul, 2026“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir  
29 İyun, 2026Xəzər Universitetinin Kamera Orkestrinə Nailəxanım İsayevanın adı verildi
23 İyun, 2026Rektor Dr. Raziyə  İsayeva “Sultan bin Abdulaziz Al Saud Beynəlxalq Dil Təlimi Proqramı”nın bağlanış mərasimində  
23 İyun, 2026Sevgi və gözəlliyin izi ilə: H.İsaxanlının “Dəli ceyran” romanının müzakirəsi  
22 İyun, 2026Xəzər Universiteti ilə Varna Azad Universiteti arasında əməkdaşlıq memorandumu
10 İyul, 2026Xəzər Universiteti Elmi Şurasının növbəti iclası keçirilmişdir  
10 İyul, 2026Xəzər Universiteti və SUP VC arasında əməkdaşlıq imkanları müzakirə olunub  
10 İyul, 2026Departament  müdiri III Türk Dünyası Yay Forumunda
09 İyul, 2026Departament müdiri 30-cu Beynəlxalq Dədə Qorqud Simpoziumunda
08 İyul, 2026PhD tələbələri Xəzər Universitetində təcrübə proqramını uğurla başa vurublar  

“Füzuli poeziyası irfan və  ümumbəşəri mənəvi dəyərlər işığında” mövzusunda beynəlxalq elmi simpozium

Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə Xəzər Universitetində “Füzuli poeziyası irfan və  ümumbəşəri mənəvi dəyərlər işığında” mövzusunda beynəlxalq elmi simpozium keçirildi. Tədbir 2024-cü il oktyabrın 14-15-də universitetin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu və Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı, Zakher Travel turizm şirkəti və Gəncliyə Yardım Fondunun maddi dəstəyi ilə baş tutdu.

Simpoziumun məqsədi dünya mədəni irsinə dəyərli töhfələr vermiş türkdilli ədəbiyyatın ən qüdrətli söz ustadlarından biri olan Füzulinin ədəbi-fəlsəfi məktəbinin hərtərəfli müzakirəsi idi.

Füzuli irsinin öyrənilməsi, beynəlxalq ədəbi ictimaiyyətə daha yaxından tanıdılması bu gün mənəvi dəyərlərin arxa plana keçdiyi, dünyada müharibələrin, terrorun, ictimai duyarsızlığın və laqeydliyin hökm sürdüyü bir zamanda çox gərəkli və önəmlidir.

Simpoziumun açılışı Gəncliyə Yardım Fondunun Dəyər televiziyası tərəfindən Füzuli haqqında hazırlanmış videoçarxın nümayişi ilə başladı. Konfransın keçirildiyi Mərmər zalda Gəncliyə Yardım Fondunun tədqimatında Hikmet Barutçugilin “Füzulinin “Su” qəsidəsinə həsr olunmuş əbru sənəti” adlı sərgisi nümayiş olundu. Sonra qonaqları salamlayaraq, tədbiri açıq elan edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının Sədri Prof.Akad. Hamlet İsaxanlı Məhəmməd Füzuli irsinin tədqiq tarixindən, onun türk dili və ədəbiyyatının inkişafında oynadığı roldan bəhs edərək, konfransın işinə müvəffəqiyyətlər arzuladı. Rektor Dos.İradə Xəlilova simpoziumun əhəmiyyətinə diqqət çəkərək, konfrans iştirakçılarına uğur dilədi. Tədbirə qonaq olaraq dəvət olunmuş Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin direktoru akademik Rəfael Hüseynov Azərbaycan Füzulişünaslıq elminin problemlərinə diqqət çəkərək dahi şairin yaradıcılığına yeni baxış lazım olduğunu dilə gətirdi. Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun müdiri Dos.Nəzakət Məmmədli Füzuli şeirlərindən səsləndirərək, şairin diliylə qonaqları salamladı.

Simpoziumda “Füzulinin sələfləri və xələfləri”, “Füzuli yaradıcılığının sənətkarlıq xüsusiyyətləri”, “Füzuli yaradıcılığında milli və ümumbəşəri mənəvi dəyərlər”, “Füzuli yaradıcılığında irfan və təsəvvüf”, “Füzuli yaradıcılığında eşq”, “Füzuli şeirlərinə yazılan nəzirələr və təxmislər”, “Füzuli əsərlərinin  dünya dillərinə tərcüməsi”, “Azərbaycan füzulişünaslığı dünən və bugün: problemlər və perspektivlər”, “Füzuli əsərlərinin tədrisi metodikası”, “Dünya ədəbiyyatşünaslığında Füzuli yaradıcılığı” kimi mövzularda 7 ölkədən 68 məruzəçinin çıxışı dinlənildi.

Qeyd edək ki, konfransın ilk günü (14 oktyabr) Xəzər Universitetinin Neftçilər kampusunda əyani olaraq baş tutdu, ikinci gün (15 oktyabr)  onlayn formatda iştirakçılar dinlənildi. Onlayn hissə zoom platformasında çox müvəffəqiyyətlə təşkil olundu. Azərbaycan, Türkiyə, İran, İraq, Qazaxıstan, Hindistan, Macarıstandan olan məruzəçilər iki gün ərzində dahi Füzuli işığında elmi müzakirələr apardılar. Bağlanış mərasimi və dəyərləndirmə iclası Gəncliyə Yardım Fondunda axşam yeməyi ilə baş tutdu.

İştirakçılar simpoziumun təşkilatçılığını və məzmununu yüksək qiymətləndirdilər, təqdim olunmuş tezislər və məruzələr toplu şəklində nəşr olunacaq.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026