2024-cü il oktyabrın 3-də Naxçıvanda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Naxçıvan Dövlət Universitetinin əməkdaşlığı ilə “Naxçıvan Müqaviləsinin 15-ci ildönümündə Türk Dövlətləri Təşkilatı" adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransda Azərbaycan, Türkiyə, Macarıstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan alim və mütəxəssislər iştirak etmişlər.