2024-cü il iyulun 8-də Portuqaliyanın Braqança Politexnik Universiteti ilə Xəzər Universiteti arasında ERASMUS+(KA171) mübadilə proqramı çərçivəsində görüş keçirilib.
Görüşdə Jose Carlos Lopez və Maria Olga de Amorim e Sá Ferreira Braqança universitetini təmsil ediblər. İlkin görüşdə Xəzər Universitetindən İqdisadiyyat və menecment departamentinin koordinatoru Kəmalə Babayeva, Kimya mühəndisliyi departamentinin müəllimi Tahir Cavadzadə, Neft mühəndisliyi departamentinin müəllimi Qriqorii Penkov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fatimə Vəliyeva və koordinatoru Arzu Bədəlova iştirak ediblər.
Proqramın davamında Xəzər Universitetinin 3-cü kurs tələbəsi Cəmilə İsaqova (menecment) və 3-cü kurs tələbəsi Günay Rüstəmova (kompüter elmləri) qonaqlarla görüşdülər. Qeyd edək ki, bu tələbələrin növbəti tədris ilində ikili diplom proqramı çərçivəsində Braqança universitetində təhsil almaları planlaşdırılır.
Bir günlük intensiv proqram Atəşgah məbədinə səfərlə başa çatdı.