Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 796 Arxiv
XƏBƏRLƏR
10 İyun, 2025Türkiyə nazirinin Xəzər Universitetində professor - müəllim heyəti və tələbələrlə görüşü
04 İyun, 2025Prof.Akad. Hamlet İsaxanlı Azərbaycan Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun seminarında 
31 May, 2025“Xəzər Universiteti Forumu” keçirildi
31 May, 2025“Food Fair” xeyriyyə yarmarkası
30 May, 2025“Dayanıqlı şəhər layihəsi” üzrə Multidisiplinar məkan planlaşdırma təlimi
26 May, 2025“Xəzər”də Ümumdünya mədəni müxtəliflik günü qeyd olunub
21 May, 2025Xəzər Universitetinin nümayəndələri EMU-da keçirilən VII Beynəlxalq Türk Dünyası Turizm Konfransında  
12 İyun, 2025Xəzər Universitetinin əcnəbi doktorantı pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb
11 İyun, 2025KİM-in direktor müavini respublika seminarında
11 İyun, 2025Xəzər Universiteti Avrasiya Akademiyasının qurucularından və ilk üzvlərindən biri Mahmut Gazi Yaşargil vəfat etmişdir

Xəzər Universitetinin tələbəsi, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev  Şimali Kipr Türk Cümhuriyyətində  səfərdə olub  

2024-cü il mayın 12-17-də Xəzər Universitetinin tələbəsi, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri  Şahin Əliyev Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Məclisinin sədri Zorlu Töre`nin özəl qonağı olaraq, ölkəyə səfər edib. O, səfər zamanı rəsmi dəvətlə Azərbaycan-ŞKTC və Türkiyə-ŞKTC  parlamentlərarası əlaqələr üzrə işçi qrupları nümayəndə heyətlərinin  iştirakı ilə keçirilən iclaslara və tədbirlərə də qatılıb.

Şahin Əliyev “Əbədi Birlik” Gənclər İctimai Birliyinin Şimali Kipr nümayəndəliyinin rəhbəri Serdar Şengül’lə birlikdə ilk olaraq Cümhuriyyət Məclisinin sədri Zorlu Töre ilə görüşərək, ona rəhbərlik etdiyi ictimai birliyin “Şərəfli Xidmət” və şəxsi katibi İrem Uygun`a “Xidmət” mükafatını və müəllifi olduğu “İlhamlı Zəfər - 20”, həmçinin  “Kıbrıs - Şərqi Aralıq Dənizində Türklərin Əbədi Qalası” kitablarını təqdim edib. Cümhuriyyət Məclisinin sədri Zorlu Töre  də öz növbəsində  Şahin Əliyevə Cümhuriyyət Məclisinə məxsus hədiyyələr təqdim edib.

Digər görüş Türkiyə Respublikası Gənclər və idman koordinatoru Mithat Tekçam və Şimali Kiprin AK Parti nümayəndəliyinin sədr müavini Metin Yılgın ilə baş tutub. Görüş zamanı Azərbaycan-Türkiyə-Şimali Kipr gənclərinin mübadilə proqramlarının və birgə layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Mayın 13-də Azərbaycandan olan heyət  1964-cü ilin dekabrında yunan EOKA-cılar tərəfindən qətlə yetirilən  12 türk şəhidinin İskele şəhərində  Xatirə abidəsinin açılışında olub. Zorlu Töre çıxışında bu torpaqları canlarından keçərək Vətən edən qəhrəmanların heç zaman unudulmayacağına əminliyini bildirib.  Şahin Əliyev bu tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar`la görüşüb.

Cümhuriyyət Məclisinin sədri Zorlu Töre Türkiyə-Azərbaycan, Türkiyə-ŞKTC və Azərbaycan-ŞKTC parlamentlərarası dostluq qrupları və onları müşayiət edən nümayəndə heyətləri ilə birlikdə Maraş şəhərini gəzib.  Şahin Əliyev və Serdar Şengül də bu gəzintiyə dəvət olunublar. Azərbaycan Milli Məclisinin ŞKTC Parlamentlərarası dostluq qrupunun sədri Cavanşir Feyziyev, Türkiyə-ŞKTC Parlamentlərarası dostluq qrupunun sədri Orhan Erdem mərasimdə çıxış ediblər. Maraşı gəzinti zamanı  Şahin Əliyev AK Parti ŞKTC nümayəndəsi Fahri Yönlüer ilə görüşüb və onlar  gənclərin inkişafı üçün prioritet istiqamətlər mövzusunda fikir mübadiləsi aparıblar.

Şahin Əliyev və Serdar Şengül ŞKTC Turizm və Ekologiya Nazirliyinin Tanıtım və marketinq şöbəsinin rəhbəri Mine Emiroğlu ilə də görüşüblər. Görüş zamanı  onlar turizm əlaqələri, birgə keçiriləcək layihələr  haqqında danışıblar. Şahin Əliyev və Serdar Şengül Mine Emiroğlu‘ya Azərbaycan-Şimali Kipr dostluq əlaqələrinin inkişafındakı  əməyinə görə “Xidmət Mükafatı” təqdim ediblər. Mine Emiroğlu da Şahin Əliyevə Şimali Kipr mədəniyyətini özündə  əks etdirən  əl işlərindən  ibarət  hədiyyə verib.

Sonra Şahin Əliyev və Serdar Şengül Torex Trading şirkətinin rəhbəri Tuygun Töre ilə görüşüblər.

Torex Trading ŞKTC təşkilatıdır və təkrar emal edilmiş tullantı torbaları istehsal edir, həmçinin təmizlik və gigiyena məhsulları satır. Bu mövzuda Şahin Əliyev Tuygun Töre ilə Azərbaycanda 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunması və Bakıda keçiriləcək COP29 ilə bağlı fikir mübadiləsi aparıblar.

Şahin Əliyev ŞKTC Ülkü Ocaklarının rəhbəri Fatih Arıcı ilə görüşüb. Görüş zamanı hər iki tərəf öz fəaliyyət istiqamətlərindən, birlikdə  icra ediləcək  layihələrdən danışıblar.

Mayın 16-da  isə Cümhuriyyət Məclisinin sədri Zorlu Töre Azərbaycan Milli Məclisinin Azərbaycan - ŞKTC Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevi və onu müşayiət edən nümayəndə heyətini Ercan hava limanından yola salıb.  Mərasimdə Şahin Əliyev, Serdar Şengül  iştirak ediblər.

Mayın 16 -da  Zorlu Töre yenidən Şahin Əliyev, Serdar Şengül və Türkiyə nümayəndəliyi ilə görüşüb, onlara uğurlar arzulayıb  və Türk dünyası gənclərini birliyə səsləyib.

Mayın 17-də  “Əbədi Birlik” Gənclər İctimai Birliyinin səfəri başa çatıb.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2025