Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 2248 Arxiv
XƏBƏRLƏR
28 Noyabr, 2025Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva beynəlxalq konfransda çıxış etmək üçün Çinə səfər edib
23 Oktyabr, 2025Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının və yeni təyin olunmuş rektorun təqdimatı
08 Oktyabr, 2025Ankara Universiteti ilə əməkdaşlıq genişlənir
08 Oktyabr, 2025Bursa Uludağ Universiteti ilə əməkdaşlıq protokolu imzalanıb
16 Sentyabr, 2025Xəzər Universiteti nümayəndə heyətinin Buxara səfəri: 95 illik yubiley, “Cadidlər” konfransı və yeni tərəfdaşlıqlar
14 Sentyabr, 2025Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun nümayəndə heyəti ilə görüş  
10 Dekabr, 2025Departament müdiri Ankara Sosial Elmlər Universitetində
10 Dekabr, 2025Turizm mütəxəssisi ilə görüş  
10 Dekabr, 2025Pakistanın Quaid-i-Azam Universitetinin nümayəndəsi “Xəzər”də
10 Dekabr, 2025Birinci kurs əcnəbi tələbələrin Qubaya səfəri

Xəzər Universitetində Beynəlxalq konfrans: “Uzun Həsən Ağqoyunlu və Onun Dövrü: Siyasi, Sosial-İqtisadi və Mədəni Məsələlər”

2023-cü il oktyabrın 25-də Xəzər Universitetinin Mərmər salonunda Beynəlxalq Türk Akademiyası (Qazaxıstan) və Xəzər Universitetinin təşkilatçılığı ilə “Uzun Həsən Ağqoyunlu və Onun Dövrü: Siyasi, Sosial-İqtisadi və Mədəni Məsələlər” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda Xəzər Universitetinin rəhbərliyi, fakültə dekanları, departament müdirləri, əməkdaşlar və tələbələr, Beynəlxalq Türk Akademiyasının rəhbərliyi, Türkiyə, Qazaxıstan və Monqolustanın, AMEA institutları və ölkə universitetlərinin alim və mütəxəssisləri iştirak edirdilər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlandı. Xəzər Universitetinin Kamera orkestri (bədii rəhbər - universitetin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqova) iştirakçıları kiçik konsert proqramı ilə salamladı.

Sonra konfransın açılış mərasimi oldu. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı və Beynəlxalq Türk Akademiyasının prezidenti Akad. Şahin Mustafayev açılış nitqi söylədilər.

Daha sonra konfransın plenar iclası öz işinə başladı. Prof. Şahin Fazil (AMEA Tarix İnstitutu) “Uzun Həsənin təşkil etdiyi Ağqoyunlu ordusunun izdihamlı rəsmi keçidinə baxış mütəfəkkir alim Cəlaləddin Məhəmməd Dəvaninin qələmi ilə (1476)", Prof. Rr. Danuugiin Ankhbayar (Türkologiya Departamenti, Monqolustan Dövlət Universiteti və Katib Çelebi Universiteti, Monqolustan) "Elxanlı dövlət ənənəsindən Qaraqoyunlu üzərinə bəzi yansımalar: moğol tarixçiliyi üzərindən örnəklər", Prof. Dr. Uli Schamiloglu (Qazax Dili və Türk Araşdırmaları Departamenti, Nazarbayev Universiteti, Qazaxıstan) “XIV -XV əsrlərdə Türk Dünyasında İqlim, Xəstəlik və Çarpışmalar”, Prof. Dr. Feridun Mustafa Emecen (Ədəbiyyat fakültəsi, İstanbul 29 Mayıs Universiteti, Türkiyə) “Əmir Teymura özənmək: Osmanlı qaynaqlarından Uzun Həsən haqqında təəssüratlar” və Prof. Zabil Bayramlı (Tarix fakültəsi, Bakı Dövlət Universiteti) “Ağqoyunlu-Səfəvi ortaq dövlətçilik gələnəyinin bir sıra məsələlərinə ümumi bir baxış” mövzularında məruzə etdilər.

Plenar iclasın sonunda Şahin Mustafayev Hamlet İsaxanlıya türk tarixi və mədəniyyətinə aid kitablar təqdim etdi.

Həmin gün konfrans öz işini dörd bölmədə davam etdirdi, alim və mütəxəssislərin iyirmidən artıq məruzəsi dinlənildi. Bununla da konfrans işini başa çatdırdı.

Konfransa Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müəllimi Nurlan Nəsirov moderatorluq edirdi.

Oktyabrın 26-da konfrans iştirakçıları Şəhidlər xiyabanında, Heydər Əliyev Mərkəzində və İçərişəhərdə oldular.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2025